Sığorta şirkətləri qəza törədənlərə bu hallarda...  - EKSPERT 

"Sığorta şirkətlərinin qənaətincə, Azərbaycanda hər şeyin qiyməti qalxdığı üçün təmir xərcləri də artır. Yəni icbari sığorta ilə avtomobil təmir etdirərkən ehtiyat hissələri və təmiz xərcləri də çoxalıb". 


Bunu "Sherg.az"a iqtisadçı Natiq Cəfərli avtomobillərin icbari sığorta qiymətlərinin bahalşamasından danışarkən deyib. Onun sözlərinə görə, hər şeyin qiymətinin qalxması və inflyasiya səbəbindən avtomobilin icbari sığortasının da qiymətinin bahalaşmasına ehtiyac yaranıb:

"Problem isə başqadır. Məsələn, bəziləri 10-15 şəxsi maşınını idarə edir,  bu müddət ərzində heç qəza törətmirlər. Amma hər il icbari sığorta ödəyirlər. Yəni differensial qiymət siyasəti olmalıdır. Nadir hallarda qəza törədən, indiyə qədər sığorta şirkətinə üz tutmayan insanlara fərqli qiymət yanaşması tətbiq edilməli, proses nisbətən ucuz başa gəlməlidir. Sığorta şirkətləri risk qrupuna daxil olan, tez-tez qəza törədənlərin ziyanını qarşılamaq məqsədilə həmin sürücülər üçün daha yüksək qiymət müəyyənləşdirilməlidir. Bu sahədə differensial və sistemli yanaşma mövcud olmalıdır".


Qeyd edək ki, son vaxtlar avtomobillərin icbari sığorta qiymətlərində artımlar müşahidə olunur.