Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə toplantısında Türk ölkələrinin Dövlət Başçıları tərəfindən Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunub.
Sherg.az xəbər verir ki, Fondun prezidenti Aktotı Raimkulova Türk dünyasının mədəniyyətinin və irsinin inkişafına verdiyi töhfələrə görə Günay Əfəndiyevaya minnətdarlığını bildirib.
Günay Əfəndiyeva Aktotı Raimkulovaya təşkilatın fəaliyyətlərinin davam etdirilməsində uğurlar arzulayaraq, vəzifə müddətində böyük sevgi və həvəslə görülən ortaq çalışmalar üçün əməkdaşlara təşəkkür edib.
Fondun prezidenti Aktotı Raimkulova təşkilatın Türk dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib.