Xəzər dənizinin şimal və cənub hissəsində süni torpaq sahələrinin yaradılması nəzərdə tutulur. Ona görə də Bakının Baş Planında bu torpaq sahələri ilə barədə hər hansı məsələ nəzərdə tutulmayıb.
Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov deyib.
O bildirib ki, məqsəd bu işə dövləti yox, investorları cəlb etməkdir: “İnfrastruktur məsələləri ilə bağlı danışmaq hələ tezdir. Təhlükəsizliklə bağlı məsələlər də heç bir halda istisna edilməyib”.