Gürcüstan parlamenti etiraz aksiyaları fonunda “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
APA xəbər verir ki, 83 deputat qanun layihəsinin qəbulunun lehinə səs verib.
Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası sözügedən qanun layihəsini aprelin 3-də parlamentə təqdim edib. Gürcüstanın əksər vətəndaş cəmiyyəti təşkilatları, ABŞ və Aİ də daxil olmaqla Qərb tərəfdaşları qanun layihəsinin qəbul edilməsinin əleyhinə çıxış edir. Paytaxt Tbilisidə bir neçə gündür etiraz aksiyaları keçirilir.
Gürcüstan Prezidenti Salome Zurabişvili isə hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsində israr etməsini təxribat adlandırmışdı.