Şok iddia: Rusiya İsrail və müsəlman dövlətlərinə mesaj göndərmək üçün terror aktını həyata keçirib

İyunun 23-də Dağıstanda baş verən terror aktları 15 -dən polis əməkdaşının həyatına son qoyub.
ŞAxar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov məlumat yayıb.

Onun sözlərinə görə, 15-dən çox polis Dağıstanın əmin-amanlığını qoruyan zaman terror aktının qurbanı olub.

Onlardan biri Dağıstan İşıqları polis idarəsinin rəisi Mavludin Xıdırnəbiyevdir. O, terrorçularla atışma zamanı ağır yaralanaraq dünyasını dəyişib.
24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib. Müvafiq fərmanı Sergey Melikov imzalayıb.
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.


Tanınmış jurnalist, politoliq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Dağıstanda baş verən terror aktı Rusiyanın apardığı xarici siyasətə təsir göstərmək məqsədilə həyata keçirilən fəailiyyətdir: 
“1999-cu ildə Türkiyədə baş tutan ATƏT-in zirvə toplantısında Rusiyanın Prezidenti Boris Yelçin İstanbula gedərək Avropa və Asiyanı birləşdirən boru xətlərinin Dağıstan bölgəsindən keçməsini təklif etmişdi. Məhz Boris Yeltsinin İstanbulda olduğu vaxtlarda Dağıstanın Çobanmaxi və Karamaxi kəndlərinə Çeçen savaşçılar hücum edərək müəyyən münaqişə yaratmışdılar. Rusiya isə bunu terror aktı olaraq qələmə vermişdi. Həmin əraziyə Rusiya ordusunun nümayəndələri göndərilmişdi. Amma nəticə etibarilə Yeltsinin ATƏT-in zirvə konfransında irəli sürdüyü təklif qəbul olunmamışdı. İndi də Dağıstansa baş verən hadisə Rusiyanın İsrail və müsəlman dövlətləri ilə əlaqələrini pozmaq üçün yaradılıb. Çünki dırnaqarası müsəlmanlar kilsəyə, sinaqoqlara hücum edir və yandırırlar. Beləliklə həmin ölkələrin nümayəndələrinin Rusiyaya münasibəti dəyişir. Dağıstanda həyata keçirilən terror aktına səbəb olan insanların Moskvada “Krokus Siti Holl” ticarət mərkəzində baş verən hadisə ilə əlaqəsi olduğuna dair xəbər var. Yəni həm Krokusa, həm də Dağıstanın sinaqoq və kilsələrinə hücum edən şəxslər eyni mərkəzdən əmrlər alır. Krokusda terror aktı keçirilən ilk günlərdə bütün diqqətlər Ukraynaya yönəlmişdi. Amma daha sonra bunu dırnaqarası islam dövləti ilə əlaqələndirdilər”.

Eksper qeyd edib ki, "Ədalətli Rusiya" partiyasının rayon şöbəsinə rəhbərlik etmiş Əli Zəkariqayev  də terror hadisəsində öldürülüb:
“Eynilə Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu Osman və Adil Ömərov, həmçinin qardaşı oğlu Abdusaməd Amadziev hücum edən və öldürülən terroristlərin arasından tapılıb. Bütün bunlar göstərir ki, həmin şəxslərə dövlət sanki sifariş verib. Sanki Rusiyanın xüsusi xidmət orqanları İsrail və müsəlman dövlətlərinə mesaj göndərmək məqsədilə bu terror aktını həyata keçirib”.