Simonyan: Bu məsələ Bakı ilə sülh müqaviləsi layihəsinə daxil edilməyib

Saxlanılan ermənilərin qaytarılması məsələsi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsinə daxil edilməyib.
Sherg.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

O xatırladıb ki, bu məsələ 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında əksini tapıb: “Rusiya və Azərbaycan saxlanılanların qaytarılması məsələsini həll etməyə söz verib”.