Artıq Zəfər qələbimizin baş verməsindən 4 il ötür. Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib.
Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Sherg.az"a bildirib ki, 2020-ci sentyabrın 27-də səhər tezdən Ermənistan silahlı birləşmələri Azərbaycan sərhədi boyu və Qarabağda təxribatlara əl atdı:
“Həmin təxribatların qarşısını almaq üçün isə Azərbaycam Silahlı qüvvələri əks-hücum əməliyyatlarına başladı. Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanın bütün quldur dəstələrini məhv etdi. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəlilədi və qələbə qazandı. Ermənistan isə kapitulyasiya olundu və üzərinə öhdəliklər götürdü. Azərbaycanın Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfər qələbəsi dünyanın hərb tarixinə yeni səlnamə yazdı. Eyni zamanda Azərbaycan torpaqları quldur Ermənistan dəstələrindən azad olundu. Hazırda Azərbaycan öz ərazi bütövlüyünə tamamilə nəzarət edir. Ermənistan Vətən müharibəsindən sonra da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirdi. Bunlardan biri də Qarabağdan silahlı birləşmələrini çıxartmasıydı. Azərbaycan Ordusu 23 saatlıq lokal xarakterli antiterror əməliyyatları həyata keçirməklə Ermənistanın silahlı birləşmələrindən təmizlədi. Bu isə Ermənistanın növbəti dəfə kapitulyasiyaya məruz qalması ilə nəticələndi. Artıq Qarabağda çox böyük yenidənqurma və quruculuq işləri aparılır. Qarabağın iqtisadi potensialı çox böyükdür. Həmin iqtisadi potensialı ölkənin ümumi iqtisadiyyatına inteqrasiyası baş tutur”.