2025-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən böyük büdcəsidir - Vüqar Bayramov
00:32 29.12.2024
İqtisadiyyat
887
41 faizindən çoxu sosial istiqamətə yönəldiləcək
Azərbaycan Prezidenti cənab İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiq edib. 2025-ci il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 faiz çoxdur), xərclərinin isə 41 milyard 407 milyon manat olacağı gözlənilir.
Millət vəkili Vüqar Bayramov deyib ki, gələn il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönəldiləcək. Deputatın sözlərinə görə, 2021-ci illə müqayisədə sosial xərclərdə 5 milyard manata yaxın artım var:
"Vətən müharibəsi başa çatdıqdan sonra - 2021-ci ildə sosial xərclər 12,2 milyard manat olubsa, 2022-ci ildə 13,7 milyard manat, 2024-cü ildə 15,5 milyard manat təşkil edib. 2025-ci ildə isə 16,9 milyard manat nəzərdə tutulub. Beləliklə, 2021-ci illə müqayisədə gələn il sosial xərclər 4,7 milyard manat artıq proqnozlaşdırılır. Bu o deməkdir ki, maaş, pensiya, müavinət və təqaüdlərə əvvəlki illər ilə müqayisədə daha çox vəsait nəzərdə tutulur. Bu vəsaitlərin 7,2 milyard manatı əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək pensiyalarının orta məbləğinin 531 manata çatması proqnozlaşdırılır. Yaşa görə əmək pensiyaları isə 569 manat olacaq. Əmək pensiyalarının indeksləşdirilməsi 1 milyon 100 min nəfər vətəndaşımızın pensiyalarına şamil olunacaq. Azərbaycanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə büdcədən 8 milyard 396 milyon manat nəzərdə tutulub. Qarabağ-Şərqi Zəngəzura minimum 4 milyard manat vəsait ayrılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərimizə ayrılan vəsaitin həcmi 22 milyard manata çatacaq. Bütövlükdə, 2025-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən böyük büdcəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə