Paşinyan həqiqəti bilir və ona görə qarşılıqlı qayıdışda maraqlı deyil -ŞƏRH
Yusif Nəzərli
00:00 18.02.2025
Aktual
662
Çünki əgər ermənilər Qarabağa qayıtmaq istəyirsə, onda Qərbi azərbaycanlılar ata-baba yurdlarına getməlidirlər
Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Azərbaycanla sülh müqaviləsi imzalananda, ora təhlükəsiz olanda ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq. Diqqətçəkən məqam odur ki, İrəvan hakimiyyəti ermənilərin Qarabağa qayıtmasını istəmir, çünki onların gəlişi demoqrafik baxımdan İrəvanın xeyrinə oldu. Bundan başqa, Ermənistan Qarabağ ermənilərinə görə Qərbdən kifayət qədər ciddi məbləğdə yardımlar alır. Paşinyan xüsusilə Ermənistan əhalisinin artmasını istəyir. Hətta bu istiqamətdə dövlət proqramı belə hazırlayır.
Digər problem isə Qarabağ ermənilərinin təxminən 50 faizinin Ermənistanı tərk etməsidir. Bir çox şəxs vətənsiz olduğunu əsas gətirərək Avropa, ABŞ, Avstraliya, Yeni Zelandiyaya üz tutub. Yəni onların geri qayıtması elə də real deyil.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Azərbaycanın məsələyə baxışı dəyişməyib. Ekspert diqqətə çatdırıb ki, Bakı reinteqrasiya proqramını açıqladı və ermənilər özləri bundan imtina etdilər:
"Sülh müqaviləsindən sonra bu məsələ aktuallaşarsa, Azərbaycan da proqramı aktivləşdirə bilər. Lakin burada bir məqam var. Azərbaycan prosesin birtərəfli olmasına qarşıdır. Yəni əgər ermənilər sülhdən sonra Qarabağa qayıdacaqsa, Qərbi azərbaycanlılar da öz ata-baba torpaqlarına qayıtmalıdır. Onu da deyim ki, Qərbi azərbaycanlıların sayı ermənilərdən 3-4 dəfə çoxdur. Prezident İlham Əliyevin bu məsələdəki yanaşması uzaqgörən və perspektivə hesablanıb. Xüsusilə Qərbi Azərbaycan məsələsinin aktual olması, icmanın fəaliyyətinin intensivləşməsi İrəvanın ehtimal təkliflərini bloklayır. Hər iki variantda da Bakı qazanclıdır. Belə ki, əgər ermənilər Qarabağa qayıtmaz və belə tələb irəli sürülməzsə, Bakı Böyük Qayıdış planına Qərbi azərbaycanlıları cəlb edə bilər. Əgər tərəflər qarşılıqlı qayıdışa razılaşarsa, Qərbi azərbaycanlılar ata-baba yurdlarına gedir. Yaxın 10 il ərzində isə oradakı əhali artar və Ermənistan parlamentində təmsillik hüququ əldə edərlər. Paşinyan bu həqiqəti bilir və ona görə qarışılıqlı qayıdışda maraqlı deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm