Növbəti köç Kəngərli kəndinə çatdı, açarlar təqdim edildi - YENİLƏNİB
09:13 18.06.2025
Sosial
353
Ağdamın Kəngərli kəndinə köçürülən 154 nəfərdən ibarət 40 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Teleqraf xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
Bu gün doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə kəndə 154 nəfərdən ibarət 40 ailə köçürülüb.
Köçürülən ailələr Kəngərlidə yenidən tikilən evlərdə məskunlaşacaqlar.
***
Bu gün Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.
Teleqraf xəbər verir ki, Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəngərliyə 40 ailə - 154 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fevrala kimi 450 min nəfər öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI
07:00 25.09.2026
Maraqlı
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual