
Ermənistan Rusiya ilə münasibətləri bərpa etmək istəyir - RƏY
Yusif Nəzərli
09:49 27.06.2025
Siyasət
374
“Təşkilata üzv olan digər ölkələr 2021–2022-ci illərdə Azərbaycanla vəziyyətin gərginləşməsi fonunda siyasi bəyanatlar verməsələr, Ermənistan KTMT-dəki fəaliyyətlərini davam etdirməklə bağlı qərar qəbul edə bilər”.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan məlumat verib. O, jurnalistlərə açıqlamasında bildirib ki, KTMT-nin tərəfdaşları, o cümlədən Rusiya, Ermənistana müdaxiləni nəzərdə tutan hər hansı siyasi qərar qəbul etməməlidirlər. Əks halda, Ermənistan öz mövqeyini müəyyənləşdirəcək və təşkilatdakı fəaliyyətlərini aktivləşdirib-aktivləşdirməmək məsələsinə dair qərar verəcək.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a deyib ki, Ermənistan Rusiyanın Ukraynada əldə etdiyi bəzi nəticələrdən sonra, əgər ABŞ və Rusiya arasında hansısa anlaşmalar baş tutarsa, Rusiyanın Cənubi Qafqazda İrəvana qarşı sərt qərarlar qəbul edə biləcəyindən ehtiyat edir:
“Eyni zamanda, Ermənistan Rusiya ilə münasibətləri bərpa etmək istəyir. Çünki Qərbdən gözlədiyi lazımi dəstəyi ala bilmədiyi üçün də belə bir addım atmağa çalışır. Bu vəziyyətdə Ermənistanın hazırkı hakimiyyətinin nə dərəcədə geosiyasi proseslərdən məlumatsız olduqlarını, nə qədər zəif təhlil qabiliyyətinə malik olduqlarını və düzgün qərar vermək imkanlarının olmadığını nümayiş etdirir.
Bir vaxtlar Rusiyanın hərbi bazalarını yandırmağa cəhd edən Ermənistan indi bu məsələləri unudaraq, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini aktivləşdirməyi belə düşünür. Bu, Ermənistan hakimiyyətinin Rusiya faktorundan qorxuya düşməsinin göstəricisidir. Həmçinin, bu, Ermənistan hakimiyyətinin yanlış siyasət yürütməsinin də bariz nümunəsidir. Rusiya bu cür davranışlara aldanmamalıdır. Ermənistanın necə bir dövlət olduğu, onun xəyanətkar siyasəti və xalqın mövqeyi son dövrlərdə daha da aydın şəkildə ortaya çıxıb. Rusiya sözügedən məsələlərə aldanmamalı və Ermənistana qarşı sərgilənən bu davranışlara uyğun şəkildə Cənubi Qafqazda praqmatik və məqsədyönlü siyasət yürütməlidir. Gərginliyi azaltmağa yönələn addımlar atılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil