
İran-ABŞ arasında etimadsızlıq dərinləşir: Tehran vaxtla yarışır
Yusif Nəzərli
14:01 16.07.2025
Region
507
İran parlamentinin qəbul etdiyi bəyanatda İranın ön şərtlərinin qəbul edilməyəcəyinə qədər Amerika ilə danışıqlara başlamayacağı bildirilib. Bəyənatda qeyd edilib ki, ABŞ dialoqdan İranı aldatmaq və İsrailin qəfil hücumunu gizlətmək kimi istifadə etdiyinə üçün hazırkı şəraitdə danışıqlar aparmaq olmaz.
Tərəflər arasında diplomatik gərginlik davam edir. Nüvə proqramı və regional siyasətlər üzərindəki fikir ayrılıqları isə bu gərginliyi daha da dərinləşdirir.
Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan Sherg.az-a açıqlama verib:

"ABŞ-nin İrandan tələbi nüvə fəaliyyətini sıfıra endirməkdir. İran isə bu şərti qəbul etməyəcək. Bu qarşılıqlı ziddiyətli mövqe tərəfləri bir-birinə yaxınlaşdırmağa imkan vermir. Ağ ev Tehran hakimiyyətinin nüvə məsələsində təslim olmasını tələb edir. ABŞ prezidenti Donald Tramp ötən gün bildirdi ki, İranla danışıqlara tələsmir. Bu o deməkdir ki, İrana bu məsələdə verilən vaxt uzun olmaya bilər. Çünki Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) İrana nüvə programı ilə bağlı sazişin imzalanmasına dair avqustun sonuna qədər möhlət verib. Ona görə Tehran hakimiyyətinin bu istiqamətdə vaxtı daralır".
Ekspert İran Parlamentinin qəbul etdiyi sənədin ABŞ və Avropa üçlüyünün bəyənatına verilən cavab ola biləcəyini bildirib:
"İranın parlamentin bu inadcıl israrlı bəyənatı ilə yanaşı İranın ayrı-ayrı rəsmiləri, həmçinin Məsud Peşekiyan bəyan edir ki, diplomatik qapılar açıqdır. İran Xarici İşlər Nazirliyi də bildirir ki, diplomatiya münaqişlərin həll edilməsi üçün əsas alətdir. İran xalqını bu alətdən istifsdədən məhrum etmək olmaz. Bu həm də İranın ABŞ ilə danışıqlar aparmağa hazır olduğu deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə