İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.
APA-nın cənub bürosunun xəbərinə görə, bir qədər əvvəl 36 İndoneziya vətəndaşı İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub, onlardan 3-ü diplomatdır.
Eyni zamanda, 5 Çin və 1 Kanada vətəndaşı da İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub.