"Aİ ilə Azərbaycan arasında görülməli olan çox işlər var”
"Aİ ilə Azərbaycan arasında görülməli olan çox işlər var”
Yusif Nəzərli
13:52 19.07.2022
Aktual
514
Xarici İşlər Nazirliyindən məlumata əsasən.Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasında iştirakı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Ermənistan XİN rəhbəriylə görüşdən sonra Ceyhun Bayramovun Brüsselə getməsi və burada ikitərəfli görüşlərdə hansı məsələlərin müzakirə ediləcəyi maraq doğurur.
Nazirin Brüsel qovluğundakı müzakirə mövzülarını dəyərlədirən"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, Avropa İttifaqı son dönəmlər Azərbaycan və Ermənistan arasındakı mübahisəli məsələlərin həll edilməsi və regiondakı təsir gücünün artması üçün bir çox addımlar atır:
"Avropa ittifaqı ilə Azərbaycan arasında görülən və görülməli olan çox işlər var. Aİ-nin atdığı addımlar sırasında ən çox diqqəti cəlb edən Azərbaycan prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə Aİ-nin sədri Şarl Mişelin təşkilatçılığı ilə keçirilən görüş oldu. Dekabrın 14-ü, aprelin 6-sı və mayın 22-də keçirilən bu görüşlərin ardından tərəflər arasında əldə edilmiş razılıq, sərhədlər arasında delimitasiya prosesinin aparılması üçün hər iki tərəfin komissiya təşkil etməsi, Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsi və sülhün bərqərar olması üçün addımların atılması Aİ-nin regionla bağlı gələcək planlarından xəbər verir.
Düşünürəm ki, C.Bayramovun Brüssel səfəri çərçivəsində müzakirə olunacaq ikitərəfli mövzular Aİ-lə Azərbaycan arasında iqtisadi,siyasi, mədəni və.s sahələrdə əməkdaşlıqla bağlıdır.
Eyni zamanda Ermənistan və Azərbaycan arasında münaqişənin həlli yolunda Avropa İttifaqının rolunun artırılması və regional amillər, Rusiya Ukrayna müharibəsi fonunda Avropanın üzləşdiyi enerji böhranının həlli istiqamətində Azərbaycanın Aİ-yə verə biləcəyi dəstəyin nədən ibarət olması da,müzəkirə oluna bilər. Nəzərə almalıyıq ki, Azərbaycan təkcə neft və qaz ixracatçısı deyil. Eyni zamanda şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizi qovşağının üzərində yerləşir.
Xatırlasaq ki, Xəzər hövzəsində yerləşən Türkmənistan və Qazaxıstanın nefti və qazı var.
Onun Avropaya nəqli məsələsi də gündəm ola bilər. Gözlənilir ki, yaxın zamanlarda prezident İlham Əliyev və Nikol Paşinyan arasında Ai-nin təşkilatçılığı ilə 4-cü görüş keçirilsin. Onun detallarının da, müzakirə olunacaq mövzular sırasında olması labüddür. Bu məsələlər baxımından bizim üçün faydalı ola biləcək məqamlar çoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə