
Aİ “möhürü vurdu”:“Ermənistan Azərbaycanın tezislərini qəbul edib”
Yusif Nəzərli
14:26 07.04.2022
Aktual
699
Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüşdə bir sıra qərarlar qəbul edilib. Danışıqların nəticəsinə uyğun olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupunun yaradılması həyata keçiriləcək.
Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaq.
Qeyd edək ki, ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları reallaşıb.

Brüssel görüşünün uğurlu bir addım olduğunu deyən millət vəkili Fazil Mustafa “Sherg.az”a bildirib ki, Avropa problemimizi həll edəcək imkana, səlahiyyətə və real hərəkətə malik deyil:
“Regionda Azərbaycan və Ermənistan var. Biz Rusiya sülhməramlılarını və Türkiyənin arxamızda olan gücünü görürük. Ölkələr Ukraynaya silah verib, könüllü göndərib, sanksiyalar qoyub. Amma orada özləri döyüşməyib. Qardaş ölkə isə, Azərbaycanın təhlükəsizliyi üçün fiziki gücü ilə istənilən vaxt meydana girəcək dövlətdir. Qərbdən gözlədiyimiz neytrallıq və bərabərliyin tətbiqi idi. Yəni Ermənistana dəstək verən siyasətdən, demək olar ki, uzaqlaşdırıldı. Görüşün yekun nəticəsi budur".
F.Mustafa qeyd edib ki, ölkə rəhbərinin qazandığı ən böyük diplomatik uğur Avropanın bu prosesi paralel götürməsinə qərar verməsi olub:
“Çünki hərdən ölkəmizin lehinə bəyanatlar səsləndirirdilər. Amma mahiyyətcə Ermənistana həm maddi, həm də siyasi dəstək verirdilər. Bu da özünü nədə göstərdi? Avropa Birliyi Minsk qrupunu arxada qoyaraq əslində, məşhur lətifədə deyildiyi qaydada prosesi yekunlaşdırıb: ikisi bizdən ölüb, biri onlardan. Yəni ABŞ ilə Fransa bu tərəfdə sıradan çıxıb, digər yöndə isə, Rusiya. Artıq format Qərbə keçib. Bu, bizə sərf edir. Çünki məsələləri Amerika və rəsmi Parislə irəlilətmək əvəzinə, kollegial Avropa İttifaqı ilə həll etmək daha uyğundur. Çünki alınan qərarlar xeyli sayda əməkdaşlıq etdiyimiz ölkələri bağlayır".
Millət Vəkili vurğulayıb ki, nələrisə qəbul etdirən tərəfin biz olmağımız möhtəşəm addımdır:
“Azərbaycanın bu prosesdə əsas qazanclarından biri ərazi bütövlüyü və sərhədlərin tanınması, eləcə də hərbi gərginliyin aradan qaldırılmasına nail olmaqdır. Bütün bu məsələlərdə Ermənistan Azərbaycanın tezislərini qəbul edib. Yəni qəbul edən rəsmi İrəvan, qəbul etdirən Azərbaycan, möhürü vuran Avropa Birliyidir”.
F.Mustafa Soçi görüşü ilə bağlı nəticələrə toxunub:
“Soçi görüşündə bundan daha real qərarlar qəbul edilib. Lakin Rusiya prosesin həllini gerçəkləşdirməyib. Ya da istəməyib. Bəs, Avropa Birliyi necə edəkdi? Bunun mexanizmi hələ də sual altındadır. Çünki Tovuzun atəşə tutulması hələ başlanğıcdır. Bu hadisədən sonra xarici işlər nazirlərini Rusiya Moskvaya dəvət etdi. Prosesin içində olduğunu göstərmək üçün bunu həyata keçirdi. Onsuz Minsk qrupu ilə hərəkət etmirdi. Sadəcə, bu, adı Azərbaycana təzyiq göstərmək üçün saxlayırdı. Artıq şimal qonşumuz tək şəkildə fəaliyyətini təsdiqlətmək istəyirdi.Biz hər iki tərəf ilə bağlı risk daşıyırıq. Düşünürəm ki, Prezident İlham Əliyev Brüssel görüşündə hər şeyin maksimumunu edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm