Ankara İrəvandan cavab gözləyir
Yusif Nəzərli
14:33 01.12.2022
Aktual
495
"Zəngəzur dəhlizinin açılması Türkiyə üçün şərəf məsələsidir"
“Sərhədin açılması üçün texniki işlər aparılıb. Proses müsbət istiqamətdə davam edir”.
Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Haber7” telekanalına verdiyi xüsusi müsahibə zamanı ölkəsinin Ermənistanla sərhədlərinin açılması barədə sualı cavablandırarkən deyib.
İ.Kalının sözlərinə görə, Ermənistanla Azərbaycan arasındakı proseslərin bu məcrada irəliləməsi zəruridir. Danışıqlar konstruktiv şəkildə davam etdirilir. 30 ildir qurulması mümkün olmayan əlaqələr bərpa olunur. Qarabağ məsələsi həll olundu. Eyni zamanda Azərbaycanın Ermənistanla bağlı gözləntiləri var. Müvafiq vaxt və şərtlər daxilində addımlar atıla bilər.
Türkiyə ilə uzun illər boyunca sərhədlərin açılmasının başlıca şərti kimi Qarabağ məsələsinin həll edilməsini tələb etdiyini deyən siyasi şərhçi Fuad Abbasov "Şərq"ə söyləyib ki, Azərbaycan Prezidentinin verdiyi açıqlamayla isə Qarabağ problemi həll olunmuş sayılır:
"Türkiyə prezidentinin də sözünü tutması lazım idi. Ona görə də Ankara İbrahim Kalının vasitəsilə xoş niyyətini sərgiləyərək, sərhədlərin açılması yönündə texniki işlərin aparıldığını açıqlayır. Yəni Ermənistan tərəfinə pas verir ki, sizin təklifləriniz nədən ibarətdir.
Əminəm ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələrin indiki vəziyyətində, Zəngəzur dəhlizinin açılmaması şərtində Ankara ilə İrəvan arasında nəinki sərhədlər açılmayacaq, heç diplomatik əlaqələr də qurulmayacaq. Çünki Zəngəzur dəhlizi türk dünyası üçün çox vacibdir və bu, Türkiyə üçün şərəf məsələsidir.
Ermənistan əgər ən yaxın müttəfiqi olan Rusiya və Azərbaycanın iştirakı ilə bağlanan müqaviləyə riayət etmirsə, yeni əlaqələr quracağı Türkiyə ilə bağlanacaq müqaviləyə heç əməl etməz. Bu da Ermənistan tərəfini etibarsız partnyor səviyyəsinə gətirmiş olacaq.
Digər tərəfdən İrəvan Ankara tərəfindən verilən pası müsbət siqnal kimi qəbul etsə, Zəngəzur dəhlizinin açılması barəsində yeni bir açıqlama eşidə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm