"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva

Bakı Dövlət Universitetinə (BDU) mətbuat katibi Kəmalə Quliyeva "Şərq" qəzetini 30 illik yubileyi münasibəti ilə təbrik edib:

- Peşə fəaliyyətimin bir neçə ili doğma "Şərq"lə bağlıdı. Qardaşlarım Akif və Yusifi mətbuatın fədailərindən saymaq olar. Qəzetin və sözün dəyərdən düşdüyü bir zamanda "Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib, ən əsası milliliyini həmişə qoruyub. Uğurlarınız bol olsun, əziz, doğma "Şərq"çilər! Hər zaman öndə olun! Mətbuatımızın "Şərq" həftəsi mübarək!