
Arutyunyan Ağdam-Xankəndi yoluna baş əyəcək
06:19 24.08.2023
Aktual
496
Qarabağdakı ermənilər separatçı başçıya qarşı təzyiq elementlərini artırırlar
Qarabağ separatçılarının lideri Araik Arutyunyanın iclas keçirərək Ağdam-Xankəndi yolunun açıldığını bəyan etdiyi deyilir. İclasda Samvel Babayan da iştirak edib. “Joxovurd” nəşrinin məlumatına görə, separatçıbaşı bu məsələni müzakirəyə çıxarmayıb, fakt kimi təqdim edib. Araik bildirib ki, bu yolla ticarət qismən olacaq, tikinti materialları, dizel yanacağı, dərmanlar oradan gələcək, ərzaq məhsulları isə Rusiya sülhməramlıları vasitəsilə Laçın dəhlizilə gətiriləcək: "Lakin bu, o demək deyil ki, Laçın yolu tam işlək qalacaq. Yol Qarabağ sakinləri üçün məhdud olacaq". Qeyd olunub ki, Arutyunyan növbəti mərhələdə Bakıdan gələcək qaz və elektrik enerjisinin tədarükü məsələsinin müzakirə edilməsinin nəzərdə tutulduğunu bildirib. Qondarma qurumun “nümayəndəsi” Artur Osipyan da deyib ki, Qarabağda “hakimiyyət” uğrunda “siyasi müharibə” gedir. Osipyanın sözlərinə görə, Qarabağ sakinlərini manipulyasiya etməklə Ermənistanda hakimiyyəti əldə etməyə çalışırlar: "Onları Qarabağ sakinləri maraqlandırmır”.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, separatçıların içərisində reallığı qəbul edənlərin, gözü açılanların sayı çoxalsa da, burunları hələ tam şəkildə sürtünməyib. Analitik vurğulayıb ki, ermənilər arasında separatçı meyillərdən əl çəkmək istəməyənlər var:

"Görünən isə odur ki, Qarabağdakı ermənilər separatçıbaşı Araik Arutyunyana qarşı təzyiq elementlərini artırırlar. Məhz o səbəbdən separatçılar danışıqlara, görüşə razılıq verməyə məcbur qalırlar. Bərdə şəhərində ermənilərlə dövlət nümayəndələri arasında görüşün keçirilə biləcəyi ilə bağlı xəbərlər yayılmaqdadır. Görüşün baş tutacağı ehtimalı böyükdür. Amma Araikin "ərzaq məhsulları sülhməramlılar vasitəsilə Laçın dəhlizilə gətiriləcək" sözü doğru deyil. Ağdam-Xankəndi yolunun bütün vasitələrin rahat və təhlükəsiz çatdırılması imkanları yaradılıb. Bizim üçün önəmli olan Qarabağdakı ermənilərin reinteqrasiya prosesinin daha da sürətlənməsidir. O zaman separatçıların təsir imkanları da ortadan qalxacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya