Robert Köçəryanın oğlunun həbs müddəti uzadıldı

Ermənistan Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi prokurorluğun vəsatətini uzun müddət araşdırdıqdan sonra sabiq prezident Robert Köçəryanın oğlu Sedrak Köçəryanın həbs müddətini daha 2 ay uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Hakob Kureqyan məlumat verib.

Müvafiq qərarı hakim Aram Qriqoryan qəbul edib.

Xatırladaq ki, Robert Köçəryan avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə məhkəmənin qərarı əsasında həbs edilib. Böyük oğlu Sedrak Köçəryan da eyni cinayət işi üzrə həbs olunub.