Tramp Ukrayna münaqişəsinin tezliklə başa çata biləcəyini istisna etməyib

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin başa çatmaq mərhələsinə yaxınlaşdığını düşündüyünü bildirib.

APA xəbər verir ki, o, bu barədə Ayova ştatında tərəfdarları qarşısında çıxış edərkən danışıb.

Tramp bildirib ki, indiyədək səkkiz müharibə və müharibəyə çevrilmək üzrə olan münaqişənin həllinə nail olub. Daha sonra ABŞ prezidenti Rusiya-Ukrayna münaqişəsinin də bu mərhələyə yaxınlaşdığını qeyd edib.

Tramp bundan başqa İranla müharibənin də çox tezliklə başa çatacağını bildirib.