ABŞ Prezidenti Donald Tramp 2020-ci il seçkilərində qələbəsinin əlindən alındığını iddia edərək yenidən prezidentliyə namizəd olmaq hüququna malik olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Tramp Cənubi Dakotanın Si-Fols şəhərində çıxışı zamanı ABŞ Konstitusiyasının prezident seçilməsini iki müddətlə məhdudlaşdıran 22-ci düzəlişinə baxmayaraq, yenidən namizəd olmaq hüququna malik olduğunu düşündüyünü deyib.
Tramp daha əvvəl də üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə biləcəyinə işarə edib, sonradan isə bu ehtimalı istisna edib.
ABŞ-da növbəti prezident seçkilərinin 2028-ci il noyabrın 7-də keçirilməsi planlaşdırılır.