Azərbaycan birinci hədəfinə çatdı: Erməni ordusu Qarabağdan çıxarılır!
Azərbaycan birinci hədəfinə çatdı: Erməni ordusu Qarabağdan çıxarılır!
Yusif Nəzərli
12:50 19.07.2022
Aktual
463
İyulun 16-da Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.Görüş Gürcüstanın paytaxtı Tbilisidə baş tutub. Bildirilir ki, Nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı C.Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb. Humanitar məsələlərə toxunan C.Bayramov 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.
Danışıqları şərh edən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, görüşün keçirildiyi zaman Azərbaycan Prezidenti İlham Əliyev yarım illik hökumət hesabatını qəbul edirdi:
"Prezident İlham Əliyevin burada səsləndirdiyi fikirlər, bizim bundan sonrakı addımlarımız üçün yol xəritəsi rolunu oynayır. Öncə Prezident qeyd etdi ki, Ermənistan silahlı qüvvələri və Qarabağdakı terrorçular bölgədən hələ də çıxmayıb. Bu hal 10 Noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməməsidir. Burada həm Ermənistan həm də müqavilənin icrasına cavabdeh Rusiya məsuliyyət daşıyır. Bu mənada biz artıq alternativ yollara əl ata bilərik. Prezident bu sözləri ona görə deyib ki, iyun ayında rus ordusunun elitası Bakıda bildirmişdi ki, erməni ordusu ay sonuna qədər buradan çıxacaq. Prezident də, demək istəyir ki, artıq iyul ayıdır . Amma hələ də erməni silahlıları bölgədən çıxmayıb. Ölkə başçısı Azərbaycan ordusunun potensialından istifadə etməklə bağlı mesaj verdi. Mesajnan eyni ana təsadüf edən Mirzoyan- Bayramov görüşü baş tutdu.
Ə Əlibəyli qeyd edib ki, prezidentin məlum çıxışı ilə bağlı erməni tərəfi xəbərdar deyildi. Buna görə də Mirzoyan, Bayramov görüşündə heç bir uğur əldə olunmadı:
"Ermənilərin düşüncəsi ondan ibarətdir ki,yenə zamanı uzatsınlar və Ermənistanın maraqlarını müdafiə edəcək qlobal şərait yaransın. Onlar Rusiya, ABŞ münasibətlərinə və Fransanın Avropadakı vəziyyətinə baxaraq bundan mədət ummağa çalışırlar.Amma ölkə rəhbərinin sərt açıqlamalarından sonra Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan açıqlama verdi ki, biz artıq erməni ordusunu Qarabağdan çıxardırıq və bu proses sentyabrda başa çatacaq. Azərbaycan bununla birinci hədəfinə çatdı.
İkinci hədəfimiz isə əsas strategiyamız olan Zəngəzur dəhlizi üzərinədir. Ordunun əməliyyatlar meydanının Zəngəzura yönəlməsi və beynəlxalq iradənin prinsipcə bu prosesə qarşı olmadıqlarını nəzərə alsaq, biz də proseslərin sürətlənməsini istəyirik. Zəngəzur dəhlizi dünyada münaqişələrin baş verdiyi bir zamanda həm Türkiyə ilə-Azərbaycanın , həm Avropa ilə Asiyanın, həm də Naxçıvanla Azərbaycanın birləşməsində mühüm rol oynayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə