
Azərbaycan Ordusu döyüşə tam hazır vəziyyətdədir
Azərbaycan Ordusu döyüşə tam hazır vəziyyətdədir
Yusif Nəzərli
06:58 01.12.2022
Aktual
458
İrəvan sərhəddə baş verən atəşkəsin pozulma hallarının qarşısını almasa, rəsmi Bakı adekvat cavab verməli olacaq
"Son günlər Azərbaycan-Ermənistan sərhədində və Qarabağda atəşkəsin mütəmadi pozulmasında başlıca günahkar seçkilərdə məğlub olan Robert Koçaryan və onun "Qarabağ klanı"dır". Bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. Partiya təmsilçisi qeyd edib ki, heç kəsə sirr deyil ki, bu gün Ermənistan silahlı qüvvələri daxilində "Qarabağ klanı"na məxsus zabit və əsgərlər var: "Atəşkəsin pozulma halları "Qarabağ klanı"na sadiq hərbiçilərin ordu daxilində özfəaliyyəti ilə əlaqədardır. Nikol Paşinyan indiki halda hakimiyyətini möhkəmləndirmək və sülhə nail olmaq istəyirsə, "Qarabağ klanı"nın nümayəndələrinə qarşı sərt tədbirlər görməli, beləcə həm də Robert Koçaryanın gücünü sındırmalıdır. Rəsmi Bakı bir müddət öz səssizliyini qorusa da, gec-tez Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində atəşkəsi pozma hallarının qarşısını almaq üçün ciddi addımlar atmalı olacaq. 44 günlük müharibə bir daha onu göstərdi ki, Ermənistan Azərbaycanla müharibə ritorikasında danışa bilməz".

S.Əsədli vurğulayıb ki, müharibə bitsə də, Azərbaycan Ordusu döyüşə tam hazır vəziyyətdədir: "Rəsmi İrəvan sərhəddə baş verən atəşkəsin pozulma hallarının qarşısını almasa, rəsmi Bakı adekvat cavab verməli olacaq. O ki qaldı Ruben Vardanyana, onun Rusiyanın hakim elitası ilə sıx əlaqələrinin olduğu faktdır. Və versiya kimi onun Qarabağa gəlişinin Kremlin regionda nüfuz dairəsi üçün qura biləcəyi yeni mürəkkəb oyunun ilk carçısı ola biləcəyi idi. Amma Ruben Vardanyanın bu zaman hansı funksiyaları yerinə yetirəcəyi və bölgədəki hadisələrin gedişatına hansı təsiri göstərə bilməsi sual doğurur. Digər tərəfdən Ruben Vardanyanın mümkün kuratorlarının bu işdən hansı qazanc əldə edəcəkləri də dumanlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm