"Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır" - AKTUAL
Ayyət Əhməd
13:41 07.10.2019
Aktual
583
"Azərbaycan Rusiya üçün önəmli müttəfiqlərdən biridir".
Bunu Sherg.az-a Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumunu şərh edərkən politoloq İlqar Vəlizadə deyib.
Analitikin sözlərinə görə, hazırda Rusiya Asiyada öz mövqelərini və strateji siyasətini gücləndirir:
"Asiya regionu Moskva üçün prioritetdir. Bunun üçün də təbii ki, Rusiyaya regionda etibarlı tərəfdaşlar lazımdır. Azərbaycan strateji baxımdan Rusiya üçün ən etibarlı tərəfdaşlardan biridir. Bunu bir son bir həftə ərzində gördük. Azərbaycan Prezidentinin Soçidəki "Valday" Diskussiya Klubunun iclasındakı çıxışı, tədbirdə ölkə başçımıza olan hörmətin şahidi olduq. Bu ölkəmizin Rusiya üçün önəmini göstərir. Soçi görüşündən əvvəl Vladimir Putin Ermənistana səfər etmişdi. Səfər çərçivəsində Putinlə Paşinyan arasında görüş çox az vaxtı əhatə etdi. O da xahiş-minnətlə Putin bir neçə dəqiqəsini Paşinyana ayırdı. Həmin görüşdə isə hansısa ciddi məsələlər müzakirə edilmədi. Bu faktı erməni mətbuatı açıq etiraf edir.
Bundan fərqli olaraq cənab Prezident İlham Əliyevin Soçiyə dəvət olunması, orada çıxışına ehtiram göstərdi ki, Kreml Bakı ilə strateji müttəfiqlikdə maraqlıdır. Bu gün Azərbaycan-Rusiya münasibətləri dinamik və yüksələn xətlə inkişaf edir. Müttəfiqliyin inkişafı təbii ki, Rusiya qədər Azərbaycana da lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya