Azərbaycanın geo-siyasi mövqeyi daha da gücləndi
Yusif Nəzərli
06:44 20.07.2022
Aktual
488
Avropa İttifaqı ilə ölkəmiz arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur
Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumuna görə, növbəti 5 il ərzində Avropaya qaz ixracını 2 dəfə artırmaq üçün birgə səylər göstəriləcək. Bu isə ölkəmiz üçün artan valyuta gəliri, geosiyasi əhəmiyyətin və iqtisadi müstəqilliyin artması, qeyri-neft sektoru inkişafı üçün əlavə gəlir və texnologiya mənbələrinin yaranması deməkdir.
Bu hadisə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə illər öncə qərar vermiş və buna nail olmuş Prezident İlham Əliyevin iqtisadi siyasətinin nə dərəcədə strateji və uzaqgörən olduğunun göstəricisidir.
Avropa ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətini enerji sahəsi təşkil edir. Bu mənada Avropa Azərbaycana məhz enerji bazarında oynadığı təsirli rola görə təşəkkür edir. 2016-cı ildən başlayaraq Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni bir müstəviyə qalxması istiqamətində danışıqlar gedir. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni bir sənədin imzalanması məsələsi də aktuallıq kəsb edir. Şübhəsiz, bu əlaqələri şərtləndirən başlıca məqam Azərbaycanın malik olduğu hərtərəfli böyük potensialdır. Müsair mərhələdə Avropanı ən çox narahat edən enerji məsələsidir. Avropa ölkələri uzun müddətdir ki, enerji mənbələrinin diversifikasiyasında maraqlıdır. Təbii ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın özünəməxsus rolu var. Xüsusilə də Cənub Qaz Dəhlizi layihəsi artıq öz bəhrəsini verməyə başladıqdan sonra Avropanın təbii qaz bazarında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb. Azərbaycan da Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Ölkəmizin ən böyük ticarət tərəfdaşı Avropa İttifaqıdır.
Millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumu strateji əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək. Deputatın sözlərinə görə, Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 5 ildə ən azı 20 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun daha da artacağı anlamına gəlir:
“Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi daha güclənməkdədir. Azərbaycan "Şahdəniz" ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan qaz hasil edəcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilməkdədir. Artıq “Köhnə Qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər. Memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da bütövlükdə İttifaq ilə Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur. Yeni düzən fonunda bu Azərbaycanın geo-siyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək. Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Bu ilin ilk yarısında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 68.7 faiz artıraraq 3.2 milyard kubmetrdən 5.4 milyard kubmetrə yüksəldib”.
Parlament üzvü qeyd edib ki, Avropa İttifaqı da Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır:
“Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Ermənistanda isə 18 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2.6 milyard avro sərmayə qoyuluşu həyata keçirib. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib.
Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür.
Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanacağı gün də uzaqda deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə