“Azərbaycanın Mədəniyyət beşiyi Şuşa” - Gürcüstan qəzetində məqalə dərc olunub
11:20 26.09.2024
Aktual
633
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində “Azərbaycanın Mədəniyyət beşiyi Şuşa” sərlövhəli məqalə dərc olunub.
Dövlət Komitəsindən Sherg.az-a bildirilib ki, məqalədə XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşanın Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrildiyi diqqətə çatdırılıb. İlk vaxtlarda bu yaşayış məskənininadının Pənahəli xanın şərəfinə "Pənahabad", bir müddət sonra isə "Şuşa qalası" və "Şuşa şəhəri" olduğuyazılıb.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilən Şuşada dünyanın heç bir yerində bitməyən "Xarı bülbül" yetişdiyi, Qarabağ xanlığının paytaxtı olan Şuşanın "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırıldığı vurğulanıb. Şuşada dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin böyük əməyi sayəsində Azərbaycanda ilk dəfə peşəkar musiqi təhsilinin bünövrəsinin qoyulduğu da qeyd olunub.
Qəzetdə, həmçinin Şuşanın Ermənistan tərəfindən işğalından və 2020-ci ildə Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad olunmasından da bəhs edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamına əsasən, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyata qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinə də məqalədə yer verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual