
Azərbaycanın mövqeyi BMT-də ciddiyə alınır - Ekspert
Azərbaycanın mövqeyi BMT-də ciddiyə alınır - Ekspert
Yusif Nəzərli
11:45 18.08.2023
Aktual
523
ABŞ, Böyük Britaniya və Rusiya kimi ölkələr reallıqları qəbul edir
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələrə dair bəyanat yayıb.
Müzakirələr zamanı Azərbaycana qarşı olan ölkələr ilə yanaşı, ona tərəf çıxan ölkələrin də şahidi olduq.
BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyi barədə verilən bəyanatları yüksək qiymətləndiririk.
Müzakirələr Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, ümumiyyətlə, Azərbaycan Birləşmiş Millətlər Təşkilatında (BMT) keçirilən bu cür müzakirələrə hər zaman öncədən hazırlıqlı olub:
"Keçən ilin dekabrında Fransanın təşəbbüsü ilə Ermənistan tərəfi Azərbaycanın əleyhinə BMT-də qətnamə qəbul etməyə çalışmışdı. Həmin vaxt Azərbaycan tərəfi qeyri-daimi üzvlər ilə təmasda olmuş və qətnamənin qarşısını almışdı. Bu, sözün əsl mənasında Fransaya dərs olmuşdu. Həmin vaxt Ermənistan əleyhinə çıxan ölkələr Rusiya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri idi. Ötəngünkü görüşdə də biz Azərbaycana dəstək verən ölkələrin eyni ölkələr olduğuna şahid olduq. Rusiya, ABŞ, Böyük Britaniya faktiki olaraq humanitar yardımların çatdırılmasının vacibliyini qiymətləndirərək alternativ yollardan istifadənin də mümkünlüyünü qeyd etdilər. Bu bizim baxış bucağımızdan müsbət sayıla bilər. Çünki təklif etdiyimiz Ağdam-Xankəndi yolunu da alternativ yol kimi nəzərdə tuturlar. Bu o deməkdir ki, Azərbaycanın mövqeyi artıq ciddiyə alınır".
Ekspert onu da qeyd edib ki, müzakirələr zamanı Albaniyanın birmənalı olaraq Azərbaycanın tərəfini tutması da diqqət çəkib:
"Bunun isə səbəbləri var. Albaniya Balkan yarımadasında Azərbaycanın ən etibarlı tərəfdaş ölkələrindən biridir. Ümumiyyətlə, Azərbaycan TAP və TANAP layihələri çərçivəsində Avropaya nəql etdiyi qazın Britaniyaya çatdırılmasında Albaniya ilə yaxın əməkdaşlıq edir.

Bunlar göstərir ki, Azərbaycanın atdığı uğurlu xarici siyasi addımlar bütün bəhrəsini verməkdədir. Təbii ki, biz Rusiya və Ermənistanın şikayətləri əsasında bunu etmirik. Hər zaman Ermənistan tərəfindən gələn bu tipli addımlara hazırıq. Ermənistanın yalanla dolu bəyanatları BMT-yə çıxarması kimi məsələlərə artıq öyrəşdiyimiz üçün Azərbaycan tərəfi xarici siyasət əlaqələrini davamli sürətdə inkişaf etdirir. BMT-nin 5 daimi və 10 qeyri-daimi üzvü ilə həmişə əlaqələrimiz müsbət olmalıdır. Fransa kimi və ona müstəmləkə olan ölkələrlə istəsək də, münasibətlər qura bilmirik. Amma Rusiya, ABŞ və Böyük Britaniyanı öz maraqlarımız çərçivəsində bəyanatlar verməyə gətirib çıxarmışıqsa, apardığımız siyasətin göstəricisidir. Bundan sonra da bənzər siyasi addımlar atılmalıdır.
Ötəngünkü iclas Qarabağ ilə bağlı məsələ deyildi. Ötən ilin sentyabrında olan Ermənistanın müraciəti əsasında baxılmışdı. Buna görə də biz növbəti bu tipli iclaslara hazırlıqlı olmalı və əlimizdə tutarlı arqumentlər olmalıdır. Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin çıxışına diqqət yetirdikdə, çox təmkinli və qərarlı mövqe sərgilədiyinin şahidi oluruq. Bu, onun arxayınlığından irəli gəlirdi. Yəni Azərbaycan görüşöncəsi həm daimi, həm də qeyri-daimi üzvlərə məsələni agah etmişdi. Ötən gün həm də Ağdama ali diplomatik korpus nümayəndələrinin səfəri olmuşdu. Bütün bunlar kompleks xarici siyasətin bir parçasıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya