Azərbaycanın ordu generalı ABŞ-da gündəmi çözür
Yusif Nəzərli
03:38 02.12.2022
Aktual
487
İran faktorunun bu görüşlə əlaqəsinin olduğunu demək də mümkündür
Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini, Ordunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokanson ilə görüşüb. Tərəflər "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Görüşdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim də iştirak edib.
Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Azərbaycanın ordu rəhbərliyinin ABŞ-yə səfərində məqsəd ikitərəfli hərbi əməkdaşlığın inkişafı üçün müzakirələrin aparılmasıdır. Analitikə görə, 907-ci düzəlişin qüvvədə olduğu müddətdə bu əməkdaşlıq perspektivi zəif görünür:
"Doğrudur, 2001-ci ildən sonra ABŞ administrasiyaları bu qərarın tətbiqini hər il dondurur, amma ümumilikdə qərarın qüvvədə olması hərbi müstəvidə əlaqələrə maneələr yaradır. Son dövrlər isə bu qərarın ləğvi məsələsi də gündəmdədir. Okeanın o tayında belə fikir güclənir ki, Qarabağ münaqişəsi həll edilibsə, 907-ci düzəlişə də ehtiyac yoxdur.
Erməni diasporu/lobbisi buna təsir etməyə çalışır, amma əvvəlki qədər effektiv fəaliyyət göstərə bilmirlər.
Bu, bir neçə həftə öncə Senatın Xarici Əlaqələr Komitəsində Cənubi Qafqazla bağlı keçirilən müzakirələrdə də ortaya çıxdı. Ermənipərəst Bob Menendezin rəhbərlik etdiyi erməni lobbisi Dövlət Departamentinin nümayəndələrindən Azərbaycana verilən dəstəyin hesabatını tələb edir, bu dəstəyin qarşısını kəsməyə çalışırdı.
Amma diplomatların cavabları rəsmi Vaşinqtonun siyasətinin ciddi şəkildə dəyişdiyini göstərir. İstisna deyil ki, 907-ci düzəlişin ümumiyyətlə ləğvi də qarşıdakı dövrlərdə aktuallaşsın".
Ekspert bildirib ki, ordu rəhbərliyinin ABŞ-də generalla görüşü qarşıdakı dövrdə hərbi əlaqələrin genişləndirilməsinə hesablanıb:
"Bununla yanaşı, regionda baş verən proseslər, xüsusilə İran faktorunun bu görüşlə əlaqəsinin olduğunu deyə bilərik. ABŞ Azərbaycana müəyyən mənada hərbi yardımlar edir və bu yardımın əsas məqsədi İranla sərhədin mühafizəsi, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınmasıdır. Son dövrlər İran rejimi Azərbaycana qarşı açıq çağırışlar edir.
Bu məsələ Bakı-Vaşinqton xəttində diplomatlar müstəvisində müzakirə olundu, indi hərbi müstəvidə müzakirə olunur. İstisna deyil ki, sərhədin mühafizəsi üçün nəzərdə tutulan hərbi dəstəyin artırılması, o cümlədən, mümkün təhlükələrə qarşı ABŞ-nin yardımı gündəmdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm