AZƏRTAC-ın ofisində dezinfeksiya işləri görülüb



Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə martın 8-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ofisində dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər Dezinfeksiya Stansiyası tərəfindən AZƏRTAC-ın əsas ofisindəki, eləcə də Fotoinformasiya və Multimedia və informasiya resursları baş redaksiyalarının fəaliyyət göstərdiyi ofisdəki bütün otaqları dezinfeksiya olunub.

Qeyd edək ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və zəruri profilaktik tədbirlərin artırılması məqsədilə agentliyin əməkdaşlarının məsuliyyətinin artırılması üçün məlumatlandırıcı tədbirlər də həyata keçirilib.