Milli Məclis Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edib

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.