İran parlamentinin deputatı və keçmiş xarici işlər naziri Manuçöhr Möttəki Avropa ölkələrini Tehrana qarşı müharibədə iştirak etməməyə çağırıb.
Teleqraf xəbər verir ki, deputat İngiltərə, Almaniya, İtaliya və Portuqaliya kimi Qərb ölkələrini İrana qarşı hərbi əməliyyatlar həyata keçirən ABŞ-yə öz hərbi bazalarından istifadə imkanı verməkdə ittiham edib.
“Əlbəttə, bu günlərdə müzakirə olunan regiondan kənara çıxmaq istəyiriksə, həmin regiondan kənarda bizə qarşı istifadə edilən ərazilər var. Hazırda bu konsepsiyanın aid olduğu və tətbiq edilə biləcəyi coğrafi məkan Avropadır”, - Möttəki bildirib.
Sabiq nazir ABŞ-yə yardım göstərən ölkələrdən İrandan üzr istəməyi tələb edib və Tehranın raketlərinin Avropaya da çata biləcəyini iddia edib.