Barış üçün ən gözəl şərait yaranıb
Yusif Nəzərli
03:24 28.10.2021
Aktual
717
Ərdoğanın sülh çağırışı Ermənistanı himayə edənlərə də bir mesajdır
"Paşinyan öz xalqının taleyini qarantiya altına almaq istəyirsə, qoyulan şərtlərə qeyd-şərtsiz əməl etməli, regiondakı sülh və sabitliyə dəstək verməlidir"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı Azərbaycanla sərhədlərin tanınması məsələsini həll etməyə çağırıb. Qardaş ölkənin dövlət başçısı qeyd edib ki, məhz indiki dövrdə sərhədlərin müəyyənləşməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Türkiyə rəhbəri bildirib ki, yaxşı qonşuluq əlaqələrinin təməlini bu anlayış formalaşdırmaqdadır: “Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etməsi yönündə səmimi iradə nümayiş etdirməsi lazımdır.
Ermənistanın Azərbaycana münasibətdə səmimi iradə ortaya qoyacağı halda, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşmasının önündə bir əngəl qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq bir gələcəyi kiçik maraqlara və daxili siyasətə qurban vermək zaman itkisi anlamına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək mümkündür”. Ərdoğan bəyan edib ki, Türkiyə daimi barışın təsis edilməsi yönündə atılacaq hər müsbət addıma eyni konstruktiv anlayışla cavab verəcək.
Ərdoğanın Qarabağda verdiyi mesajları “Şərq”ə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov qardaş ölkə liderinin Ermənistana ünvanlanan çağırışlarının mühüm olduğunu vurğulayıb. Analitik bildirib ki, Ərdoğan erməni rəhbərliyinə deyir ki, əgər özünüzü rəzil durumdan çıxarmaq niyyətiniz varsa, mütləq Azərbaycanla münasibətləri normallaşdırmalısınız:
“Ermənistan Azərbaycana və Türkiyəyə ərazi iddialarına birdəfəlik son verməli, uydurma “soyqırım” təbliğatından vaz keçməlidir ki, Ankara öz qapılarını ermənilərin üzünə açsın. Əslində, cənab Ərdoğan dövlət başçısı İlham Əliyev kimi İrəvan hökumətinə və erməni xalqına növbəti dəfə sülh çağırışı edir. Bu, ermənilərlə yanaşı, onları himayə edənlərə və dünyaya mesajdır. Vurğulanır ki, Azərbaycan da, Türkiyə də Ermənistanla normal əməkdaşlıqda maraqlıdır. Yəni bundan sonra bütün məsuliyyət İrəvanın üzərinə düşür. Paşinyan öz xalqının taleyini qarantiya altına almaq istəyirsə, qoyulan şərtlərə qeyd-şərtsiz əməl etməli, regiondakı sülh və sabitliyə dəstək verməlidir. İndi əsas məsələ Ermənistan tərəfinin sülh mesajlarına hansı formada cavab verəcəyidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalı general: "Rusiya müharibədə İrana yardım göstərib"
23:52 30.04.2026
Gündəm
İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib
23:29 30.04.2026
Futbol
“Neftçi” “Qarabağ”ı məğlub edib
23:07 30.04.2026
Dünya
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
22:48 30.04.2026
Futbol
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm