"Bəşəriyyəti narahat edən bu bəladan maksimum az ağrılı çıxmalıyıq"
Turan
07:58 21.03.2020
Aktual
1049
"Prezident İlham Əliyev Novruz bayramı münasibətiə xalqı təbrik edərək son bir il ərzində, siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə olunmuş nailiyyətləri qürur hissi ilə sadaladı".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, dövlət başçısı ölkədə aparılan kadr, struktur, sosial-iqtisadi, parlament və dövlət idarəetmə sistemini əhatə edən islahatların müsbət nəticələr verdiyini söylədi:
"Prezident Azərbaycanın dünyada nüfuzunun daha da möhkəmləndiyini konkret faklarla göstərdi. İlk dəfə Azərbaycan siyasi mühitində parlament və komitə rəhbərliklərində müxalifət partiyalarının təmsilçiliyi təmin olundu. Parlamentə düşə bilməyən siyasi partiyalarla müzakirələrin keçirilməsi, dialoq aparılması isə dövlət idarəetmə sistemində yenilik olmaqla bərabər, vətəndaş həmrəyliyinin bərqərar olmasına, cəmiyyətin bütövləşməsinə xidmət edən amillərdəndir. Həqiqətən də, təkcə son bir il ərzində görülən işlərin miqyası hər birimizdə qürur hissi oyadır. Hesab edirəm ki, hər tərəfli düşünülmüş, xalqın müxtəlif təbəqələrinin maraqlarını özündə əks etdirən belə cəsarətli siyasi eksperimentləri, ancaq və ancaq güclü siyasi iradəyə malik, güclü siyasi lider həyata keçirə bilər".
Millət vəkili vurğulayıb ki, builki bayramımız ümumbəşəri bir bəla olan COVİD-19 virusu ilə müşahidə olunur:
"El arasında belə bir deyim var - "Elnən gələn bayram olar”. Qısa zaman ərzində virus artıq dünyanın 167 ölkəsini bürüdü. Coğrafi baxımdan epidemiyanın mərkəzlərinə yaxın ərazidə yerləşməyimizə baxmayaraq, ilk gündən cənab Prezident və Birinci Vitse prezident Mehriban xanım Əliyeva, artıq pandemiya halını almış xəstəliyin qarşısının alınması üçün lazım olan bütün tədbirləri həyata keçirirlər. Ölkə rəhbərinin xalqa müraciətində dəfələrlə, hər birimizin yaşlı nəsli qorumağımızı tövsiyə etməsi isə, onun nə qədər milli-mənəvi dəyərlərimizə sadiqliyini, ən yüksək insani keyfiyyətləri özündə əxz etdiyini isbat edir".
N.Məhəməliyevin sözlərinə görə, bəşəriyyəti narahat edən bu bəladan maksimum az ağrılı çıxmağımız üçün, bizim bir xalq olaraq bütövlüyümüz, bir - birimizə dayaq olmağımız, qorumağımız vacibdir:
"Novruz bayramının əsas şərtlərindən biri olan umu-küsünü, inciklikləri unudaraq milli həmrəylik nümayiş etdirməli, soyiqqanlı olmalıyıq. Əziz həmvətənlər. Başda Respublikamızın Prezidenti cənab İlham Əliyev olmaqla, bir daha Sizləri təbrik edirəm. Əmin amanlıq, ruzi-bərəkət, xoşbəxt həyat arzulayıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət