
Bir azdan orda bayrağımız dalğalanacaq!
08:43 26.08.2023
Aktual
493
Qarabağı tərk edən ermənilər reallıqla barışıb Azərbaycan tez zamanda Xankəndi və ətraf bölgələrdə fəaliyyətə başlayacaq
Qarabağda yaşayan, əsasən rus pasportu daşıyan və separatçılığı dəstəkləyən ermənilərin Ermənistana köçü davam edir. 5 gün ərzində 400-dən artıq erməni torpaqlarımızdan çıxıb. Qeyd olunur ki, Azərbaycan tərəfi separatçılığa dəstək verən və vətəndaşlığımızı istəməyən ermənilərin Ermənistana gedişinə imkan yaradır. Ekspertlər də hesab edirlər ki, separatizmə dəstək verənlərin Qarabağdan çıxması məqsədəuyğundur. Digər yandan iddia olunur ki, ermənilərin bölgəni kütləvi tərk etməsi genişmiqyaslı təxribatlara hazırlıq məqsədi daşıyır. Lokal əməliyyatlar və hərbi insidentlər öncəsi ermənilərin bir hissəsi ərazidən çıxır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a açıqlamasında vurğulayıb ki, torpaqlarımız işğal olunandan sonra Ermənistan rəhbərliyi və separatçı rejim ermənilərin sayını Qarabağda süni surətdə artırmaq üçün müəyyən addımlar atdı. Siyasi şərhçinin sözlərinə görə, Suriya, Livan, İran və Rusiyanın bir çox bölgəsində, o cümlədən Ermənistanda yaşayan xeyli erməni Qarabağa daşındı:

"Əsasən də adıçəkilən ölkələrdə yoxsul həyat sürən erməniləri müxtəlif vədlərlə Azərbaycanın işğal altında olan ərazilərinə yerləşdirdilər. Ermənilər kompakt halda məskunlaşdıqları ərazilərə bir müddət sonra iddia edirlər. Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanda da belədir. Ona görə də işğal ərzində separatçı, qondarma rejim Qarabağda min hoqqadan çıxırdı. 44 günlük müharibədən sonra bölgədə və Qarabağda vəziyyət tamamilə dəyişdi. Mövcud vəziyyəti və qeyri-müəyyən prosesləri nəzərə alan ermənilər Qarabağı tərk etməyə başladı. Çünki artıq onlar da qəbul edirlər ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və tez zamanda müvafiq qurumlarımız Xankəndi və ətraf bölgələrdə fəaliyyətə başlayacaqlar. Qarabağda uzun müddət yaşayan və ya orada doğulan ermənilər Azərbaycan vətəndaşı kimi torpaqlarımızda qala bilərlər. Dəfələrlə vurğulandığı kimi, qanunlarımıza tabe olan erməni əsilli vətəndaşlara hər cür şərait yaradılacaq və təhlükəsizlikləri təmin olunacaq. Ancaq digər ölkələrdən müəyyən məqsədlər üçün Qarabağa köçürülmüş ermənilər və onların ailələri özlərini təbii olaraq qarabağlı kimi görmürlər. Kütləvi surətdə ərazilərimizi tərk edən ermənilər onlardır".
Analitik "təxribatlara hazırlıq görülməsi" ilə bağlı iddialara bu cür cavab verib: "Hərbi təxribatlara hazırlıqla bağlı müxtəlif versiyalar olsa da, dəqiq məlumatlar yoxdur. Əgər ermənilər bir daha müharibəyə cəhd edərsə, müzəffər Azərbaycan Ordusundan lazımi cavabı alacaqlar. İstənilən təxribatçı hərəkətin, separatizm və hərbi insidentlərin çox ağır formada qarşısı alınacaq. Qarabağda heç kimə güzəştə gedilməyəcək və gec-tez öz suverenliyimizi bərpa edəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya