Qlobal kibertəhlükəsizlik problemi səbəbindən Böyük Britaniyada 32 dövlət xidmətinin saytı bağlanıb, daha dördü isə məhdudiyyətlərlə fəaliyyət göstərir.
Teleqraf xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
Səlahiyyətli şəxslərin sözlərinə görə, problem məlumatları emal etmək və veb saytlarda göstərmək üçün istifadə olunan PHP proqramlaşdırma dilində aşkar edilib. Dünyanın müxtəlif təşkilatları hazırda problemi aradan qaldırmağa çalışırlar. Onun kəşfində iştirak edən tədqiqatçılardan biri bunu indiyə qədər qarşılaşdığı bütün problemlərdən ən ciddisi adlandırıb.
İnternet infrastrukturu təmin edən "Cloudflare" şirkəti şəbəkəsinə milyonlarla hücum cəhdi edildiyini bildirib. Lakin bu cəhdlərin uğurlu olduğuna dair heç bir dəlil yoxdur. BBC-nin məlumatına görə, zəifliyi aşkar etmək üçün süni intellektdən istifadə edilib.