BQXK erməni maraqlarının “qırmızı xətlə” keçdiyini göstərib -ŞƏRH
Yusif Sultanoğlu
16:27 11.04.2024
Aktual
717
BQXK-nın Xankəndi ofisi fəaliyyətini dayandırıb. Komitə guya "Qarabağ bölgəsindəki fəaliyyətini yenidən qurur". BQXK-nin həmin əraziləri əhatə edən fəaliyyəti də Bərdə ofisindən idarə olunacaq.
Lakin BQXK-nin Xankəndi ofisinin bağlanması haqda məlumatı Bakıdakı ofis yox, İrəvandakı ofis tərəfindən yayılması ictimaiyytədə suallar yaradır.
Belə ki, BQXK ötən 30 il ərzində ermənilərin müdafiəsi ilə təkcə missiyasının ayrı-seçkilik siyasəti üzərində qurulduğunu göstərmədi, həm də 2000-ci illərin əvvəllərində Xankəndində ofis açmaqla beynəlxalq hüququ da, Azərbaycan qanunvericiliyini də heçə saydı.
Ən azından BQXK-nın Bakı ofisi fəaliyyət göstərdiyi halda, Xankəndində ofisin açılması hüquqi baxımdan qəbuledilməz idi, çünki bu şəhər və komitənin fəaliyyət göstərdiyi ermənilərin yaşadığı bölgə Azərbaycanın suveren ərazisidir.
Həm dəki BQXK-nın Xankəndi ofisinin öz büdcəsi və müstəqil kadr siyasəti mövcud idi, beləliklə, Azərbaycan ərazisində eyni təşkilatın iki ayrı ofisinin olması həm hüquqi, həm məntiqi baxımdan absurd idi. Bütün bu faktlar isə BQXK-nın beynəlxalq hüquqda ərazi bütövlüyünün toxunulmazlıq prinsipini, eləcə də Azərbaycanın suverenliyini pozduğunu isbat edir. Rəsmi Bakı Xankəndi ofisinin statusunun dəyişdirilməsi ilə bağlı BQXK-ya dəfələrlə müraciət etsə də, komitə bunu “qulaqardına” vurdu. Və ermənilərin müdafiəsi məqsədilə bütün hüquqları tapmaqdan çəkinmədi, hətta qaçaqmalçılıq kimi qeyri-qanuni fəaliyyətlərlə belə məşğul oldu.
Bu barədə "Sherg.az"a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı da Komitənin “Qarabağ bölgəsindəki fəaliyyətinə” ümumiyyətlə ehtiyac olmadığını deyib:
"Əvvəla, müharibə bitib, Qarabağda separatizm ləğv olunub və Xankəndidə qalan ermənilərin həyatı Azərbaycan qanunları altında təmin edilir. Digər tərəfdən isə Komitənin Azərbaycan ərazisində Bakı ofisi fəaliyyət göstərdiyi halda, ikinci ofisinin fəaliyyətinə ehtiyac qalmır.
Ehtiyac olmadığı halda, BQXK-nın Xankəndi ofisini Bərdəyə köçürməsi şübhəli suallar yaradır.
Komitənin 44 günlük müharibədən sonra Xankəndidəki ofisinin qeyri-qanuni şəkildə Bakıdakı ofisə yox, İrəvandakı ofisə tabe olduğu məlum idi. Rəsmi Bakının bütün tələblərinə rəğmən, komitə sona qədər bu qanunsuzluqdan imtina etmədi. Bununla yanaşı, Laçın yolunda ekofəalların aksiyasının başlanmasından sonra BQXK-nın erməniləri Qarabağdan “xəstə” adı altında çıxardığı, Laçın sərhəd-buraxılış məntəqəsi qurulduqdan sonra isə erməni separatçılarını qaçaqmalçılıq yolla təmin etdiyi faktları var. Hətta qaçaq yolla silah-sursat daşıdıqları və komitə əməkdaşlarının ermənilər üçün casusluq etdiyi də istisna edilmirdi".
Siyasi şərhçi hesab edir ki, bütün bunların fonunda BQXK-nın Bakı ofisi olduğu halda vaxtilə İrəvana tabe olan Xankəndi ofisini ləğv etməməsi və Bərdəyə köçürməsi şübhələrə yol açır:
"Komitənin Azərbaycan ərazisində saxladığı keçmiş “Xankəndi ofisinin” yenə eyni fəaliyyətlə məşğul olmayacağına, İrəvana məlumatlar ötürməyəcəyinə kimsə zəmanət verə bilməz; bunu BQXK-nın baş ofisi də verə bilməz. 44 günlük müharibədən sonra baş verənlər komitənin fəaliyyətində erməni maraqlarının “qırmızı xətlə” keçdiyini göstərib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya