Cənubi Qafqazda "fırtına" gözləntisi: Ermənistanın heç bir münaqişəni alovlandırmaq şansı yoxdur
10:14 06.08.2024
Aktual
571
Cənubi Qafqazda vəziyyət gözlənilməz və çox təhlükəli olacaq. Bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı ekspert Yevgeni Mixaylov deyib. “Bu hər şeyə təsir edəcək. Qərb regionda aqressiv antirusiya vektoru aşılayacaq. O, Rusiya ilə Azərbaycanı bir-birinə qarşı qoymaqda davam edəcək. Bundan əlavə, inanmıram ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansın. Çünki Qərb bu məsələdə manipulyasiya etməyə, bir növ Ermənistanın maraqlarını qorumağa çalışır. Sülh müqaviləsi olmasa, Qərb Ermənistana silah tədarükünü artıracaq. Və yeni hərbi əməliyyatların baş verməsi mümkündür. Yaxın Şərqdə, İsraillə Fələstin arasında, İsraillə İran arasında uzun müddət - keçən ilin payızından bəri hadisələrin necə cərəyan etdiyini və son günlərdə vəziyyətin yenidən son dərəcə təhlükəli tendensiyalar aldığını nəzərə alsaq, istənilən vaxt Cənubi Qafqaz və Xəzər regionunun qovşağı alovlana bilər”, - o bildirib.
Mövzunu “Sherg.az”a dəyərləndirən politoloq Zeynal Əmrəliyev bildirib ki, Mixaylovun açıqlamalarında müəyyən qədər həqiqət payı var:
“Qərb ölkələri bəzən Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə mane törədirlər. Bu mənada Fransanın adını xüsusilə qeyd etmək yerinə düşərdi. Rəsmi Paris əlində olan bütün gücüylə Cənubi Qafqazda gərginliyi artırmağa və Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmamasına çalışır. Təbii ki, bu nöqteyi nəzərdən Rusiyadakı bəzi qüvvələrin fəallığı da göz önündədir. Həmin qüvvələr hələ də Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini həzm edə bilmirlər. Ancaq Putin höküməti reallığı qəbullanaraq Azərbaycanla geniş şəkildə əməkdaşlıq həyata keçirir. Bu gün Rusiya və Azərbaycan münasibətləri özünün ən yüksək formasındadır. İsrailin Qəzza bölgəsində keçirdiyi hərbi əməliyyatlar, İran-İsrail qarşıdurması həmin zonada olan bütün regionlara mənfi təsir edəcək hadisələrdir. Eyni zamanda Cənubi Qafqazdan da yan keçməyəcək məsələdir. Bundan ermənilər müəyyən qədər ruhlanaraq təxribatlar edə bilərlər. Amma Azərbaycan tez bir zamanda Ermənistanın cavabını verərək, onu yerində oturdacaq gücə sahibdir. Azərbaycan Ordusunun bu gün həm şəxsi heyətində geniş ruh yüksəkliyi var, həm də silah arsenalı ən müasir silahlarla təchiz olunub. Eyni zamanda bütün regionun ən güclü ordularından biridir. Belə olan halda Ermənistanın heç bir münaqişəni alovlandırmaq şansı yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi