Daha  3 min 358 türkiyəli tələbə təxliyə ediləcək 

Daha yeddi ölkədə təhsil alan türkiyəli tələbələr vətənə gətiriləcək.
Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Nazir bildirib ki, bu dəfəki prosesdə 3 min 358 tələbənin təxliyəsi nəzərdə tutulur. Sakariyadakı yataqxanalar onların karantində saxlanılması üçün hazırlanıb.