Deputatdan REAKSİYA: “Yekun sülh, delimitasiya və demarkasiya tələb edirik”
Yusif Nəzərli
10:47 07.12.2021
Aktual
516
Xəbər verdiyimiz kimi, dekabrın 15-də Brüsseldə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü baş tutacaq. Danışıqların Şərq Tərəfdaşlığının Zirvə sammiti çərçivəsində planlaşdırıldığı bildirilir. Avropa İttifaqı (Aİ) Şurasının yaydığı bəyanata əsasən, ölkə başçıları görüşə razılıq veriblər. Danışıqlar çərçivəsində Aİ-nin dəstəklədiyi "çiçəklənən və sabit" Cənubi Qafqaz naminə regional vəziyyəti və "gərginliyin aradan qaldırılması" yollarının müzakirə ediləcəyi vurğulanır.
Görüşdə müzakirə oluna biləcək məsələlərlə bağlı “Sherg.az”a danışan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Ermənistan hökumətinin öz xalqının maraqlarını nəzərə almadan başqa siyasi dairələrin maraqlarına xidmət etmək niyyətinin olduğunu vurğulayıb:
“Biz çox vacib mərhələyə yaxınlaşmışıq. Azərbaycanın yaratdığı reallığı qəbul etməmək mümkün deyil. Bu reallıq yalnızca torpaqlarımızı işğaldan azad etmədi, bütün regionda dəyişikliyə yol açdı. Həmçinin, Ermənistanın özünü də dəyişdirdi. Lakin bu dəyişiklikləri qəbul etmək iqtidarındadırmı, qəbul etmək istəyirmi, istəyirsə, hansı formada həyata keçirir?
Biz görürük ki, məğlub olmuş, kapitulyasiya aktını imzalamış və bir dövlət, məmləkət kimi uçurum astanasında dayanan Ermənistan yenə də öz xalqının maraqlarını nəzərə almadan başqalarının oyununu oynamaq fikrindədir. Azərbaycan sülh istiqamətində fəaliyyət göstərir, sülhə məcbur edib və bundan sonra da sülhə məcbur edəcək. Bu, bizim maraqlarımıza uyğundur. Sülh erməni xalqının da marağına uyğundur”.
Parlamentari Brüssel görüşündən müsbət nəticələr əldə olunacağını qeyd edib:
“Soçi və Brüssel görüşünün əhəmiyyəti böyükdür. Ermənistan beynəlxalq qanun çərçivəsində öz hərəkətlərini tənzimləməli, sülh sazişini imzalamalı, delimitasiya, demarkasiya məsələləri həll edilməli, kommunikasiyanın açılmasında maraqlı olmalıdır. Azərbaycan sülh istəyir, Ermənistan isə başqa davranış sərgiləyir. Mövcud vəziyyət ictimailəşdirilərsə, dünyaya çatdırılarsa, bu, ölkəmiz üçün müsbət nəticə verər. Brüssel görüşündən gözləntilərim hər bir cəhətdən müsbətdir. Azərbaycan Respublikasının prezidenti maraqlarımızı ən yüksək səviyyədə təmsil edəcək, təqdim edəcək və həyata keçirəcək”.
Millət vəkili Sülh müqaviləsi və delimitasiya, demarkasiya məsələlərinin həll olunmasının əhəmiyyətindən bəhs edib:
“Azərbaycan müharibədə qalib gəlib, artıq sülh və qonşuluq haqqında düşünür. Bunun üçün isə ən azından masanın arxasında oturmaq önəmlidir. Oturandan sonra isə konkret addımlar atmaq vacibdir. Sülh müqaviləsinin imzalanmasını, delimitasiya və demarkasiya məsələlərinin həll olunmasını tələb edirik. Əminəm ki, bu proses reallaşacaq”.
Xanlar Əlibəy
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm