Dərmanlar ucuzlaşa bilər - AÇIQLAMA
01:01 20.08.2023
Aktual
330
"Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Dərman vasitələri haqqında” Qanunun qüvvəyə minməsi zaman içərisində Azərbaycanda həm dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması, eləcə də bolluq şəraitində qiymətlərin tənzimlənməsinə kömək edəcək”.
Bunu trend-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov deyib.
O bildirib ki, mühüm və beynəlxalq səviyyədə qəbul olunmuş dəyişiklikləri özündə ehtiva edən qanunun qüvvəyə minməsi bu gün ölkədə dərman qeydiyyatı ilə bağlı hər hansı səbəbdən olan çətinliyin, xüsusən də qeydiyyatın həyata keçirilməsindəki süründürməçiliyin aradan qalxmasına imkan verəcək.
“Beynəlxalq dərman sektorunda fəaliyyət göstərən iri şirkətlər və zavodlar Azərbaycanda qeydiyyat sistemi asanlaşdığı üçün bütün dərman vasitələrini ölkədə qeydiyyatdan keçirməyə və qanuni yollarla gətirməyə maraqlı olacaq ki, bu da qiymətləri tənzimləyəcək, dərmanların nəzarətsiz şəkildə yüksək qiymətlərlə satılmasının qarşısını alacaq.
Bu gün qonşu ölkələrlə, xüsusən Türkiyə ilə müqayisədə bəzən üç-dörd dəfə baha satılan dərmanlar qeydiyyatı olmayan dərmanlardır. Dərman vasitəsi qeydiyyata düşmədiyi zaman, əlbəttə, fərqli yollarla fərdi insanlar və ya təşkilatlar tərəfindən ölkəyə gətirilir və belə olduğu halda dərman vasitəsi aidiyyatı qurumların nəzarətindən qaçacaq şəkildə yüksək qiymətə satılır.
Bu qanun daha əvvəl davamlı şəkildə təşkilatlar tərəfindən şikayət olunan, hər hansı bir dərman vasitəsinin 8 ay, il yarım davam edən qeydiyyat prosesini asanlaşdıraraq çox qısa müddət ərzində həllinə kömək edəcək. İnanırıq ki, bunlar gələcəkdə arzulanan nəticənin əldə edilməsinə imkan verəcək”, - deyə R.Mahmudov əlavə edib.
Qeyd edək ki, avqustun 15-də Prezident İlham Əliyevin fərmanı ilə “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklər təsdiq edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm