Dövlət Komitəsinin sədri Almaniyaya səfər edəcək
13:22 23.06.2025
Aktual
352
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 24–26 iyun tarixlərində Almaniya Federativ Respublikasına səfər edəcək.
Sherg.az xəbər verir ki, səfərin məqsədi Azərbaycanın multikulturalizm və tolerantlıq modeli, müxtəlif dini və etnik qruplar arasında dinc birgəyaşayışın təşviqinə yönəlmiş dövlət siyasəti barədə Almaniya ictimaiyyətini daha geniş məlumatlandırmaq, bu ölkənin dini təşkilatları və siyasi qurumları ilə əməkdaşlıq imkanları barədə müzakirələr aparmaqdır.
Səfər çərçivəsində Almaniyanın dövlət rəsmiləri və siyasətçiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, nümayəndə heyətinin Almaniyanın bir sıra dini və tarixi məkanlarını ziyarət etməsi planlaşdırılır.
Nümayəndə heyəti Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək “Müxtəliflikdə birlik: Dinlərarası səslər dialoqda” adlı tədbirdə də iştirak edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual