
Elxan Şahinoğlu: "İran bölgədə terrorçu qruplaşmalara açıq dəstək verir"
08:18 04.12.2022
Aktual
402
"İranın terrorçu ASALA ilə əlaqəsi varmı? Bəli, bu mümkündür. İrandakı rejim bölgədə müxtəlif terrorçu və silahlı qruplaşmaları maliyyələşdirir, onlara gizli və açıq dəstək verir".
"Sherg.az" xəbər verir ki, bu sözləri "Atlas" Araşdırımalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, məqsəd Tehran rejiminin düşmənlərinə və rəqiblərinə qarşı “ortaq mübarizənin” genişlənməsinə nail olmaqdır:
"Bunların başında “Hizbullah” təşkilatı dayanır. İranın illərdir maliyələşdirdiyi və silahla təmin etdiyi bu təşkilatın mərkəzi Livandadır. ASALA da Livanda təsis olunaraq Türkiyə və Azərbaycana qarşı fəaliyyətə başlayıb. İran kəşfiyyatının ASALA ilə ilk təmaslarını “Hizbullah” üzərindən qurması istisna deyil. ASALA-nın Livanda digər terrorçu PKK ilə də bağları olub. Azərbaycanın və Türkiyənin əleyhinə olanlar İran rejiminin müttəfiqləri sayılır. ASALA 1980 və 1990-cı illərin əvvəllərində müxtəlif ölkələrdə Türkiyənin diplomatlarına qarşı terror aksiyları həyata keçirdikdən sonra SSRİ-nin dağılmasıyla Qarabağa keçid aldı. Onlar yerli separatçılarla birləşərək azərbaycanlılara qarşı qətliamlar törətdilər. ASALA üzvləri işğal müddətində də Qarabağda idilər, İranla sərhədə nəzarət edir, narkotik maddələrin Avropaya daşınmasında iştirak edirdilər. ASALA yox olmayıb, Azərbaycan ordusu bir çoxunun cəzasını verib. Ancaq sağ qalanları da var və onların bir qismi Qarabağda, digərləri Ermənistanda səpələniblər. Belələri köhnə əlaqələrdən istifadə edərək İran kəşfiyyatına xidmətlərini də davam etdirirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm