ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi hücumların nə vaxt dayandırılacağı ilə bağlı suala konkret cavab verməyib.
Sherg.az xəbər verir ki, Ağ Evdən Miçiqan ştatına yola düşərkən jurnalistlərin suallarını cavablandıran Tramp İrana qarşı hücumların yaxın vaxtlarda başa çatmasının gözlənilib-gözlənilmədiyi barədə suala belə cavab verib: “Bu barədə danışmaq istəmirəm. Bu gün hücum olmayacaq”.
Qeyd edək ki, Tramp daha əvvəl İranı hərbi və iqtisadi baxımdan, demək olar, məhv etdiklərini iddia edib. O, Tehranın ABŞ-la razılaşma əldə edə biləcəyini, lakin belə bir razılaşmaya əməl edəcəyinə əmin olmadığını bildirib.
ABŞ prezidenti İranı yenidən bombalamaq ehtimalının olduğunu da söyləyib. O, həmçinin ABŞ-ın müdaxiləsi olmasaydı, İranın nüvə silahı əldə etmək üçün yol tapa biləcəyini iddia edib.