Fransada “Sarı jiletlilər” yenidən küçələrə çıxır: Makronu çətin sınaq gözləyir

Fransada bahalaşma və yüksək yanacaq qiymətlərinə etiraz edən “Sarı jiletlilər” yeni aksiyalara hazırlaşır.

Sherg.az xəbər verir ki, etirazçılar oktyabrın 31-də Milli Assambleyanın və bələdiyyə binalarının qarşısında oturaq aksiyalar keçirməyi planlaşdırırlar.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin 289 nöqtəsində keçirilən aksiyalarda 410 min nəfər iştirak edib. Hadisələr zamanı 53 təhlükəsizlik əməkdaşı yaralanıb, 75 yerdə yanğın qeydə alınıb, 24 mağaza talan edilib. Ümumilikdə 1314 nəfər saxlanılıb.

İstanbul Aydın Universitetinin müəllimi, doktor Canan Tər can Fransadakı etirazları Avropa İttifaqının iqtisadi, miqrasiya və təhlükəsizlik siyasətləri ilə əlaqələndirib. Onun fikrincə, bahalaşma, mənzil problemi və ictimai xidmətlərdəki çətinliklər əhalinin narazılığını artırır.

Fransada parlamentdə çoxluğun formalaşdırıla bilməməsi də siyasi böhranı dərinləşdirən amillərdəndir. Ekspert erkən seçkilərin mümkün həll yolu kimi müzakirə edildiyini, lakin bunun özlüyündə problemləri aradan qaldırmayacağını vurğulayıb.

Oktyabrın 31-nə planlaşdırılan aksiyalar Prezident Emmanuel Makronun hakimiyyəti üçün növbəti ciddi sınaq ola bilər.