
Elxan Şahinoğlu: Putinin Çinə səfəri ABŞ-nin hegemonluğunu zəiflətməyə yönəlib
Elxan Şahinoğlu: Putinin Çinə səfəri ABŞ-nin hegemonluğunu zəiflətməyə yönəlib
Yusif Sultanoğlu
10:51 18.05.2024
Aktual
735
Qərblə mübarizədə növbəti mərhələ başlayır
Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib. Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü olub. Si Cinpin Vladimir Putini salamlayıb, növbəti dəfə Rusiya prezidenti seçilməsi münasibəti ilə onu təbrik edib. Putin isə bildirib ki, Çin ticarət-iqtisadi sahədə Rusiyanın əsas tərəfdaşıdır: “2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi 227 milyard dollara çatıb”. Bu, Vladimir Putinin yeni prezidentlik müddəti başlayandan bəri ilk xaricə səfəridir. Qeyd edək ki, Rusiya prezidentinin Çinə dövlət səfəri 2 gün davam edəcək.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Çinə iki günlük rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirmək məqsədi daşıyıb. Onun sözlərinə görə, Çin lideri Si Cinpin aylar öncəsi Putini ölkəsinə dəvət etmişdi:
"Putin səfərlərini prezident seçkisindən sonrasına saxlamışdı. Putinin seçkidən sonra iki səfər seçimi var idi. Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Putini Si Cinpinin dəvətindən əvvəl Ankaraya dəvət etmişdi. Putin Çini seçdi. Prezident seçilən Vladimir Putin andiçmə mərasimindən 10 gün sonra məhz Çinə səfər etməyə qərar verdi. Vladimir Putinlə Si Cinpin arasında təkbətək görüş 2.5 saat çəkib. Daha sonra müzakirələr geniş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Səfər əlamətdar tarixə təsadüf edib. SSRİ-nin varisi sayılan Rusiya ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi qeyd edilib. Bununla bağlı iki ölkə liderinin qəbul etdiyi sənəd 30 səhifədən ibarətdir. Sənəddə iki ölkənin dünyada “ədalətli və demokratik” mühitin yaradılması üçün birgə çalışacaqları da vurğulanıb. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini, Çinin isə qonşuları ilə münasibətlərdəki gərginliyi və daxildəki insan hüquqları ilə bağlı problemlərini nəzərə alaraq Moskva ilə Pekinin dünyada necə “ədalətli və demokratik mühit” yaradacağı suallar doğurur. Si Cinpin Putinlə görüşdə iki ölkə arasındakı əməkdaşlığın başqa dövlətlərə qarşı yönəlmədiyini vurğulasa da, ABŞ və Avropa İttifaqı bu birliyin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini davam etdirməsinə zəmin yaratdığı qənaətindədir. Çünki Rusiya Avropaya sata bilmədiyini və ala bilmədiyini Çinə satır və Çindən alır. Çin ticarət-iqtisadi sahədə Rusiyanın əsas tərəfdaşıdır. 2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi 227 milyard dollara çatıb. Bu, Rusiyanı Qərbin sanksiyalarından qoruyur".

Analitik bildirib ki, Vladimir Putin Çinə səfərini Qərblə mübarizədə növbəti mərhələ hesab edir:
"Təsadüfi deyil ki, səfərdən bir neçə gün əvvəl Çinin “Sinxua” agentliyinə müsahibə verən Putin Rusiyanın Çinlə birgə ABŞ-nin hegemoniyasını zəiflətməyə çalışacaqlarını bildirib. Putin müsahibədə deyib ki, Qərb müxtəlif dövlət və millətlərə necə yaşamaq barədə mühazirə oxumamalıdır: “Rusiya və tərəfdaşlarımız bu vəziyyətlə barışmayacaqlar”. Kreml sahibi buna misal olaraq Rusiyanın Çinlə birgə formalaşdırdığı müxtəlif regional təşkilatları göstərib. Putin Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı Pekinin irəli sürdüyü 12 maddəlik sülh planını dəstəklədiyini də bildirib. Əslində, “sülh planı” adlandırılan həmin təkliflər Rusiyanın Ukrayna ərazilərinin işğalının rəsmiləşdirilməsini nəzərdə tutur. Çünki “sülh planında” Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsi barədə bənd yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi