Əminə Ərdoğanın kənd ziyarəti: Lavanda topladı, meyvə-tərəvəzin dadına baxdı
12:11 22.08.2023
Aktual
390
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Mamakdakı ekoloji kəndi ziyarət edib.
“Sherg.az“ “Milliyet.cm.tr” yə istinadən bildirir ki, bu kənd Mamak bələdiyyəsinin Gökçeyurd Məhəlləsində yerləşir və ekoloji layihə məhz burada həyata keçirilir. Əminə Ərdoğan kənddə lavanda bağçalarını ziyarət edib, təbii üsulla bostan məhsullarının, tərəvəzlərin necə yetişdirildiyi ilə maraqlanıb.
Kəndi ziyarət edən Ə.Ərdoğan bağçılarla birlikdə lavanda çiçəyi, meyvə və tərəvəz toplayıb, ekoloji becərmə ilə bağlı məlumat alıb. Ə.Ərdoğan kənddə turş mayadan əsl kənd çörəyi bişirilən bölümə də baş çəkib, burada çalıçan qadınlarla söhbət edib. Təndirdən çıxarılan isti çörəyin dadına baxıb, ətrafına toplaşanlara da təndir çörəyindən təqdim edib. Ə.Ərdoğan bal istehsalı atelyesi və ərzaqların qurudulduğu atelyedə də olub. Ona balın əldə edilməsi, süzülməsi haqqında, həmçinin, buradakı ərzaqların təbii üsulla, kimyəvi maddələr qatılmadan qurudulduğu barədə məlumat verilib. Qida məhsullarının paketlənməsində də selofan paketlərdən deyil, hər məhsula uyğun olaraq şüşə, saxsı qablaran, parça torbalardan istifadə edilir. Ə.Ərdoğan lavanda yağının, lavandadan sabun, ətirin necə hazırlandığını müşahidə edib. Cümhurbaşqanının həyat yoldaşına lavanda ətiri hədiyyə edilib. Gördüklərindən çox məmnun qaldığını söyləən Ə.Ərdoğan təbii üsulla meyvə-tərəvəz yetişdiirlməsinin, torpağa zərər vermədən əkinçiliklə məşğul olmağın, sağlamlıq və gələcək nəslin sağlamlığı baxımından üstünlüklərindən danışıb. Ə.Ərdoğana bildirilib ki, bu kənddə yetişdirilən məhsullar elə burada da satışıa çıxarılır, əldə ediən gəlirdən işçilərin əmək haqqının ödənməsində də istifadə edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm