
Ərdoğanın varisi Fidandır - ŞƏRH
Yusif Nəzərli
11:40 10.08.2023
Aktual
578
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli İstihbarat Təşkilatındakı (MİT) 13 illik xidmətlərinə görə Milli Təhlükəsizlik Şurasının iclasında xarici işlər naziri Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” təqdim edib.
Ərdoğan, həmçinin təqaüddə olan komandirlərə də hədiyyələr verib.
Sertifikatı alarkən Fidan deyib: “Mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram”.
Hakan Fidanın bu qədər ön plana çıxarılması isə onun Ərdoğanın xələfi olacağı iddialarını gücləndirib. "Həmçinin Fidan Ərdoğanın yerinə hazırlanır" sualı hələ də cəmiyyətdə ciddi müzakirə mövzusu olaraq qalır.
Türkiyədə son seçkinin səhəri günündən etibarən növbəti prezidentin kim olacağının müzakirə edilməyə başlandığını deyən tanınmış araşdırmaçı-jurnalist, "Çapar" dərgisinin baş redaktoru Dilqəm Əhməd “Sherg.az”a bildirib ki, növbəti seçkidə artıq Ərdoğan erasının sona çatacağını düşünür:
“Bu həm hüquqi baxımdan sonuncu dövrüdür, həm də yaş və sağlamlıq baxımından. Ona görə də müxalif qüvvələrin növbəti mərhələyə hazırlaşddığı kimi, AKP də buna hazırlıq görür. Çünki 20 ildən çox dövlət idarə etmiş, öz sistemini, rıçaqlarını yaratmış Ərdoğan varis qoymadan əsla siyasətdən çəkilməz. Bu səbəblə də mütləq ki, özündən sonrakı dövrü düşünmüşdür. Varisin kimliyinə gəlincə, bəzən hər iki kürəkəninin adı çəkilir, hətta oğlunun da namizəd ola biləcəyini iddia edənlər var. Amma məncə, bu, mümkünsüzdür. Çünki bütün hallarda Türkiyədə qohumluq prinsipi dövlət ənənəsinə ziddir, həm də onların bir çox sahələrdə uğurları olsa da, dövlət idarəçiliyində təcrübələri azdır”.

D.Əhmədin sözlərinə görə, hazırda Ərdoğanın varisi kimi görünən və qəbul edilən namizəd məhz Hakan Fidandır:
“Çünki onun təhlükəsizlik rəhbəri olduğu dövrdəki fəaliyyəti yüksək qiymətləndirilir. Həmçinin xatırlayırsınızsa, Ərdoğan ən təhlükəli dövrlərdə onu düşmənlərinin kampaniyasından qorudu. Bu baxımdan Ərdoğanın ona xüsusi rəğbəti və dəstəyi aydın görünür. XİN rəhbəri kimi də qazanacağı təcrübədən sonra tam yetkin bir siyasi lider olacağı şübhəsizdir. Bu baxımdan hələ ki ən ideal namizəd onun olacağı gözlənilir. Amma Türkiyə sürprizlər ölkəsidir, necə ki dar çərçivədə tanınan Əkrəm İmamoğlu bələdiyyə seçkilərində ölkənin Baş naziri olmuş şəxs üzərində qələbə qazandı. Bu baxımdan gözləmədiyimiz başqa namizədlər də çıxa bilər. Ancaq hələ ki gündəmdə olan Fidandır".
Xatırladaq ki, bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Aparatında toplantısı keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi