“Erməni futbolçular 10 gün sonra sərbəst buraxılacaq" - Hüquqşünas
09:37 29.08.2023
Aktual
626
“Bayrağımızı təhqir edən və "Laçın" keçid məntəqəsində saxlanılan erməni futbolçular 10 gün sonra sərbəst buraxılacaq. Onların sərbəst buraxılması Azərbaycan dövlətinin humanizm prinsiplərini əsas götürdüyünün təsdiqidir”. Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılan erməni futbolçulara qarşı 10 gün müddətinə inzibati həbs cəzası tətbiq edilib. Həbs müddəti başa çatdıqdan sonra erməni futbolçular istəklərinə uyğun olaraq ya Ermənistana, ya da üçüncü ölkəyə deport ediləcəklər. “Erməni futbolçuların təqsirləndirildiyi maddələr həm inzibati məsuliyyət yaradır, həm də cinayət məsuliyyəti. Azərbaycan dövləti isə bu şəxslərin yaş həddini, etdikləri hərəkətə görə peşmanlıqlarını nəzərə alıb humanizm prinsipləri ilə davranaraq inzibati məsuliyyətə cəlb edib və barələrində inzibati cəzanın tətbiqinə üstünlük verib. Onların təqsirləndirildiyi maddələr üzrə cinayət məsuliyyəti əsas götürülsəydi, bir neçə il həbsdə qalmalı olacaqdılar”.
Xatırladaq ki, erməni futbolçuların saxlanılmasıyla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, erməni futbolçularının Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Ermənistan Respublikasının vətəndaşları – 2001-ci il təvəllüdlü Alen Sarqsyan, 2003-cü il təvəllüdlü Vahe Hovsepyan və Levon Qriqoryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduqları yer istintaqa məlum olmadığına görə barələrində beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Keçirilmiş axtarış tədbirləri nəticəsində avqustun 28-də qeyd olunan şəxslər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Müdafiə hüquqları təmin edilməklə istintaqa cəlb edilən şəxslər dindirmə zamanı törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini bildiriblər. Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib. Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, hərəkətlərini video qeydiyyata alıb bügünədək Yutub və müxtəlif sosial şəbəkə vasitələrində yaydıqlarına görə, Baş Prokurorluğun müvafiq qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi)- maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub. İnzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə