Ermənilərin planında çoxsaylı təxribatlar var - Millət vəkili
Yusif Nəzərli
10:14 19.08.2023
Aktual
670
Elman Məmmədov: "Düşünürlər ki, ABŞ, Avropa Birliyi və Rusiya birmənalı olaraq ermənilərin yaramazlıqlarına, yalanlarına dəstək verməlidir"
"Əks halda olurlar "xain", "satqın""
Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycana qarşı erməni yalanını ifşa etməsi bu ölkədə hiddət yaradıb. Ermənistan mətbuatı Aİ missiyasını Azərbaycanın maraqlarına xidmət etməkdə günahlandırmağa başlayıb.
Qurumun ali komissarının sözçüsü Peter Stano bundan əvvəl bildirib ki, birliyin Ermənistandakı monitorinq missiyası avqustun 15-də Ermənistan-Azərbaycan şərti sərhədində müşahidə zamanı eşidilən atəş səslərinin mənbəyini müəyyən edə bilməyib. Stano Ermənistanın iddiasının əksinə olaraq, atəş səsinin təxminən 1 km məsafədən eşidildiyini, missiyanın vasitə və müşahidəçilərinə zərər dəymədiyini deyib. Missiyanın Brüsseli "dürüst məlumatlandırmamasından" qeyzlənən erməni nəşrlərindən biri “Hraparak” yazıb ki, Aİ-nin Ermənistandakı müşahidə qrupunun “bu biabırçı davranışı” erməni cəmiyyəti üçün “soyuq duş” oldu. Erməni nəşri açıq şəkildə etiraf edir ki, missiyaya Azərbaycana qarşı “sipər” kimi baxsalar da, bu, özünü doğrultmayıb. Erməniləri hiddətləndirən budur ki, müşahidəçiləri niyə "olayın videogörüntüsü"nə inanmayıblar. Tənqiddən təhqirə keçən “Hraparak” avropalıları "əxlaqsız", rusları isə “xəyanətkar” adlandırıb. Xatırladaq ki, ermənilər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının nəticəsiz iclasından da ciddi məyus olublar.
Hətta onlara dəstək verməyən TŞ üzvlərini "satqınlıqda" suçlayıblar.
Erməni həyasızlığı ilə bağlı "Sherg.az"a danışan millət vəkili Elman Məmmədov deyib ki, BMT-nin iclasında növbəti dəfə ifşa olan ermənilərin Baş naziri Nikol Paşinyan da xüsusi sessiyada çıxış edən dövlətlərin, onların nümayəndələrinin ünvanına xoşagəlməz ifadələr işlətdi.
Deputatın sözlərinə görə, bu yanaşma ondan xəbər verir ki, özlərini "millət" adlandıran erməni toplumu istəyir ki, onların qanunsuz hərəkətlərinə, uydurmalarına ətrafdakıların hamısı şərik olsun. Düşünürlər ki, ABŞ, Avropa Birliyi və Rusiya birmənalı olaraq ermənilərin yaramazlıqlarına, yalanlarına dəstək verməlidir. Əks halda olurlar "xain", "satqın" və s. Əgər Ermənistan BMT-ni həqiqətən nüfuzlu, hörmətli, güclü təsir imkanına malik bir qurum sayırdısa, niyə Azərbaycan torpaqları ilə bağlı qəbul edilən 4 qətnaməyə "salfetka kağızı" qədər dəyər vermədi? Bu həyasızlıqla BMT-dən, Avropa İttifaqından nə umurlar? Artıq qlobal təşkilatlar da erməni yalanlarına aldanmır. Çünki görürlər ki, təxribat törədənlər, atəşkəsi pozanlar, Azərbaycanın ərazi bütövlüyünə təcavüz edənlər ermənilərdir. Sırtılmış ermənilər əxlaqsızcasına məcbur edirlər ki, Qərb strukturları, Avropa ölkələri də onların yalanına şahidlik etsin. Ermənilərin bütün tarixi məkr, hiylə, saxtakarlıq və xəyanətdir".
Parlamentari vurğulayıb ki, ermənilərin gələcək planlarında çoxsaylı təxribatlar var: "Ermənistandan və erməni lobbisindən hər cür pisliyi, xainliyi, düşmənliyi gözləməliyik. Onların həyasızlığı bizi təəccübləndirməməlidir. Ancaq bir məsələ var ki, ermənilərin bütün təxribatlarına, beynəlxalq qanunlara zidd hərəkətlərinə artıqlaması ilə cavab vermək əzmindəyik. Ermənistanın bundan sonrakı təxribatlarının da qarşısı yüksək səviyyədə alınacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm