Ermənistan yeni müharibəyə hazırlaşır - EKSPERT
Yusif Nəzərli
12:56 14.08.2023
Aktual
550
Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Sherg.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Taxribatları "Sherg.az"a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli söyləyib ki, hələ müharibə bitdikdən qısa müddət sonra Ermənistanda revanşist fikirlər formalaşmağa başladı:
"Bu kontekstdə isə erməni ordusunun yenilənməsi məsələsi ortaya çıxdı. Ən təəssüf edici hal isə odur ki, regionda Ermənistanın hərbiləşməsində maraqlı olan qüvvələr, ona dəstək verməyə davam edir. Ümumiyyətlə məsələyə konkret baxsaq, görərik ki, Ermənistan Azərbaycanla sərhəd bölgədə öz mövqelərini gücləndirməklə məşğuldur. Yəni yeni müdafiə xətti formalaşdırır və təzə hərbi hissələr tikir. Həmçinin silah arsenalının sayını çoxaldır".
Ekspertin sözlərinə görə, Ermənistan yeni müharibəyə hazırlaşır:
"Təbii ki, sual ortaya çıxa bilər ki, bəs Azərbaycan nə edir? Əlbəttə Azərbaycanın bu məsələ ilə bağlı həyata keçirdiyi tədbirlər göz önündədir. Yəni biz Ermənistanın nə zaman hücum edəcəyini gözləmirik. Ümumiyyətlə Ermənistan-Azərbaycan şərti sərhəd bölgəsində və Qarabağda ordumuzun mövqeləri daha strateji əhəmiyyət daşıyır. Bu baxımdan Ermənistanın atacağı addımlar son üç ildə baş verən ssenarilərin eynisi olacaq. Yəni Azərbaycan onlara sərt cavab verəcək və hətta Ermənistan əlində olan mövqeləri belə itirə bilər. Digər tərəfdən münaqişənin alovlanmasında maraqlı olan qüvvələr də var. Bu qüvvələr həm Ermənistanı silhlandırmaqda, həm də məğlub durumdan çıxarmaqda maraqlıdır. Hər bir halda proseslər ilin sonuna qədər bəli olacaq. Əgər 2023-cü ilədək Ermənistan sülhə razılaşmasa, qarşıdakı il vəziyyət daha da gərgin olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya